Çevik Polis Alayına yeni komandir təyin olundu

00:07 02-02-2023 | icon 890
Çevik Polis Alayına yeni komandir təyin olundu

Daxili İşlər Nazirliyinin Çevik Polis Alayına yeni komandir təyin edilib.

Daxili işlər naziri Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifəyə Alayın qərargah rəisi olan polis polkovniki Ramil Priyev təyin edilib.

Qeyd edək ki, iki gün öncə general-mayor Səhlab Bağırov ÇPA-nın komandiri vəzifəsindən azad edilərək DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin Xüsusi Təyinatlı Təlim Mərkəzinin rəisi vəzifəsinə təyinat almışdı.


Digər xəbərlər

0.23764801025391