ATİAHİ Respublika Komitəsində “Heydər Əliyev və Azərbaycan gəncləri” mövzusunda konfrans keçirilib

10:09 02-02-2023 | icon 750
ATİAHİ Respublika Komitəsində “Heydər Əliyev və Azərbaycan gəncləri” mövzusunda konfrans keçirilib

Fevralın 1-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
(ATİAHİ) Respublika Komitəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər
Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev
və Azərbaycan gəncləri” mövzusunda konfrans keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi
bütövlüyü uğrunda gedən döyüşlərdə canlarını fəda etmiş şəhidlərin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən AHİK sədrinin müavini Cavanşir Alxasov bildirib
ki, “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası və onun üzvü olan sahə həmkarlar ittifaqları müvafiq tədbirlər
planı tərtib edib və həyata keçirir: “Bugünkü konfrans Ulu Öndərin gənclər
siyasətinə həsr olunub. Ümummilli Liderin Azərbaycan xalqı qarşısında
müstəsna xidmətlərindən biri də onun gənclərin himayədarı olaraq sağlam
düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində gördüyü işlərdir. Heydər Əliyev
gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni
həyatında iştirakının təmin edilməsi istiqamətində də mühüm addımlar
atmışdır”.
Onun sözlərinə görə, dövlətin gənclər siyasəti bu gün Ümummilli Liderin
layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsinə
qaldırılıb: “Bu dəstək və diqqət nəticəsində Azərbaycan gəncliyində özünə, öz
gücünə, istedadına inam hissi artıb. Eyni zamanda onlarda vətənpərvərlik
ruhunu formalaşdırıb. Biz 44 günlük Vətən müharibəsi zamanı bunun bir daha
şahidi olduq”.
Bildirilib ki, gənclərin inkişafı ilə bağlı Ulu Öndər Heydər Əliyevin əsasını
qoyduğu siyasətə dəstək vermək ATİAHİ Respublika Komitəsinin fəaliyyətində
əsas istiqamətlərdən birini təşkil edir: “Bu gün Respublika Komitəsi 403484
nəfər ittifaq üzvünü özündə birləşdirir. Onların 187825 nəfərini gənclər təşkil edir. İttifaqımızın tərkibində olan ali məktəblər, kollec, peşə məktəbi və liseylərdə 168105 tələbə təhsil alır, onlardan da 104737 nəfəri ittifaqın üzvüdür.
Hər il gənclərin sosial vəziyyətlərinin yaxşılaşdırılması, gənclər arasında kütləvi
bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, istedadlı gənclərin aşkara
çıxarılması, onların istedad və qabiliyyətlərinin inkişafı üçün şəraitin
yaradılması, gənclərin elmə, təhsilə marağının artırılması, xalqımızın tarixinə,
milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə edilməsi, hərbi vətənpərvərlik
tərbiyəsi işinin aparılması ilə bağlı mühüm tədbirlər həyata keçirilir”.
AMEA Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun icraçı
direktoru, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev Heydər Əliyevin zəngin
həyat və fəaliyyətindən, Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərindən
danışıb. Konfrans digər çıxışlarla davam edib.


Digər xəbərlər

0.27188992500305