Azərbaycan etibarlı tərəfdaşdır
Prezident İlham Əliyev 3 fevral tarixində keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında bir sıra mühüm məsələlərə toxundu. Əsas məqamlardan biri odur ki, Azərbaycan qaz ixracatçısı olaraq heç vaxt bu problemlərdən siyasiləşməyə getməyib. Çünki bu elə bir layihədir ki, ondan hansısa siyasi addım üçün istifadə oluna bilər.
Prezident bəyan edib ki, Cənub Qaz Dəhlizi layihəsinin iştirakçıları olan ölkələr Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya bir komanda olaraq effektli çalışıb. Hər il yeni nailiyyətlər qeyd olunur. Cənub Qaz Dəhlizinin uğurla tamamlanması bütün iştirakçı dövlətlərin nailiyyətidir. 2020-ci ilin 31 dekabr tarixində Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsi tamamlanmışdır. Avropa Komissiyası, Azərbaycan həmtəşkilatçı olaraq və bütün ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutlarının Məşvərət Şurasının iclasında səylərinin koordinatorları olaraq il ərzində bu layihənin həyata keçirilməsində çox mühüm rol oynamışdır.
Artıq enerji resurslarının çatdırılmasında, şaxələnməsində Azərbaycan ciddi tərəfdaş kimi dünya miqyasında tanınmaqdadır. Cənab Prezident də qeyd etdi ki, Cənub Qaz layihəsi başa çatıb. Babək yatağı, Ümid yatağı, gələcək perspektivlərlə bağlı çox ciddi açıqlamalar verdi. Hərəsinin 400 milyard, 200 milyard kubmetr ehtiyatları olduğunu və gələcəkdə Avropa, həmçinin dünyada enerji təhlükəsizliyinin qarşısının alınmasında mühüm addımlar atıla biləcəyini bildirdi.
Bundan başqa, "Azəri-çıraq-günəşli" yatağı çox mühüm potensiala malik layihədir. Bu, artıq 4 qonşu ölkə arasındakı Cənub Qaz layihəsi kimi yadda qalacaq. Azərbaycan keçən il 19 milyard kubmetr qaz ixrac edib. 8,5 milyard Türkiyə, 7 milyard İtaliya, bununla yanaşı, Gürcüstana, Yunanıstana və Bolqarıstana qaz ixracı olub. Artıq bir neçə dövlət, Avropa İttifaqının aparıcı rəhbərliyi bununla bağlı Azərbaycanla danışıqlara hazırdır və danışıqlar gedir.
Ölkəmiz dünya miqyasında etibarlı tərəfdaş kimi mövqelərini daha da gücləndirir. Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, Rumıniya, Moldova və Macarıstanhökumətləri layihədə fəal iştirak edirlər. Bu isə bütövlükdə Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun əhəmiyyətli dərəcədə artmasını şərtləndirən amillərdən biridir. Getdikcə iştirakçı dövlətlərin Azərbaycan haqqında olan fikirləri müsbət istiqamətdə inkişaf edir. Azərbaycan öz verdiyi sözə və bağladığı müqaviləyə sona kimi sadiqdir.
Amid Mövsümov
Cəlilabad RMX PHŞ Statistika
bölməsində kompüter üzrə operator
-
Qaz kartının balansını Yelo App vasitəsilə artır
...
-
İndi jest dilini öyrənmək daha rahat oldu - Ünsiyyət hər kəs üçün
...
-
Gənc telekom mütəxəssisləri “Nar” şəbəkəsində təcrübə keçir
...
-
“Nar”ın dəstəyi ilə “Şəkərbura Şou” olimpiya kubokunun finalı keçirilib
...
-
“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı
...
-
AZAL-a yeni prezident təyin olundu - Sərəncam
...
-
Salyan rayonunda Aqrar Biznes Festivalı keçirilib
...
-
Bakıda taksi ilə hara gedirlər: Ən çox gedilən yerlərin top-10-u
...
-
Prezidentdən əmək pensiyaları ilə bağlı - Sərəncam
...
-
“CityNet” indi “Nar” mağazalarında
...