Bakıya qar yağacaq - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında fevralın 7-si günün ikinci yarısından 10-dək güclü şimal-qərb küləyi əsəcək. Fevralın 10-da külək mülayimləşəcək.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, fevralın 8-də havanın tutqun, axşama doğru yağıntılı olacağı, gecə sulu qara keçəcəyi, 9-da fasilələrlə sulu qar, qar yağacağı gözlənilir.
Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcəyi, 9-10-da gecə və səhər saatlarında 1-3° şaxta olacağı gözlənilir.
Fevralın 7-də gecə saatlarından başlayaraq respublikanın əvvəlcə qərb rayonlarında, günün ikinci yarısında şimal rayonlarında, 8-dən isə əksər rayonlarda yağıntılı olacağı, fasilələrlə sulu qar, qar yağacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda yağıntıların intensivləşəcəyi ehtimalı var. Fevralın 10-da yağıntılar tədricən zəifləyəcək.
Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10° aşağı enəcək. Fevralın 11-dək yollar buz bağlayacaq.
-
Heydər Əliyev Fondu - 20 il!
...
-
Sabah da yağış yağacaq
...
-
Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - VİDEO
...
-
Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
...
-
Professor İbrahim Cəfərovun “Bitki xəstəlikləri və onların idarə edilməsi” kitabı çap edilib - FOTO
...
-
DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil etdi
...
-
Yağış yağacaq - Faktiki hava açıqlandı
...
-
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
...
-
Mədəniyyətlərarası dialoq uğurlu platformadır
...
-
Postmüharibə dövrünün reallıqları
...