Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl açıldı

09:54 07-02-2023 | icon 1275
Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl açıldı

Fevralın 3-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi
Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət
Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub.
Avropaya qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə
imzalanmış Anlaşma Memorandumundan dərhal sonra Azərbaycandan
daha çox qazın təchiz edilməsi məqsədilə əlavə imkanların yaradılması
üçün fəal şəkildə işləməyə başladıq. Hazırda yeni yataqlardan bu il
gözlədiyimiz hasilata, eləcə də mövcud “Şahdəniz” yatağında hasilatın
artırılmasına əlavə olaraq, - bu, birmənalı olaraq baş tutur, - biz, həmçinin
ölkə daxilində enerji səmərəliliyi üzərində işləyirik. Biz itkilərin azaldılması
proqramı, o cümlədən elektrik enerjisinin və təbii qazın kombinasiyası
əsasında daxili istehlak proqramı üzərində çalışırıq
Bu prosesdə iştirak edən şirkətlər, xüsusilə SOCAR və BP bir-birilə
strateji əlaqələr qurmuş iki aparıcı şirkətdir. Bu əlaqələr ən azı 30 il də
davam edəcəkdir. Bu gün aramızda nümayəndələrinin iştirak etdiyi aparıcı
maliyyə qurumları da vardır. Bunlar Dünya Bankı, Avropa Yenidənqurma və
İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya
Bankı, Beynəlxalq Maliyyə Korporasiyasıdır. Yəni, bütün aparıcı maliyyə
qurumları bizimlədir. Biz ümidvarıq ki, səmərəli əməkdaşlığımızı
bərpaolunan enerji sahəsində də davam etdirəcəyik.
Bu gün biz Azərbaycanda “Masdar” və “ACWA Power” kimi investorlarla
birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı iki sərmayə layihəsini
həyata keçiririk. Bu layihələrin ümumi həcmi 470 meqavatdır. Həmçinin bu
yaxınlarda BP şirkəti ilə birlikdə bir layihənin icrasına başlayacağıq. Bu,
işğaldan azad olunmuş Cəbrayıl rayonunun ərazisində inşa ediləcək 240
meqavatlıq elektrik stansiyası olacaqdır. Yəni, cəmi 710 meqavat. Hər şey
plan üzrə gedərsə, təxminən bir il və ya ilyarım ərzində biz bu həcmdə
bərpaolunan enerji istehsal edəcəyik. Bu isə yüz milyonlarla kubmetr qaza
ixrac məqsədləri üçün qənaət etməyə imkan verəcəkdir.
Bərpaolunan enerji ilə bağlı planlarımıza gəldikdə, artıq qeyd
etdiklərimə əlavə olaraq deyə bilərəm ki, hələ ki, üç əsas enerji şirkəti ilə
aramızda razılaşdırılmış və imzalanmış anlaşma memorandumu var.
Onlara uyğun olaraq həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan
günəş və külək enerjisi istehsal ediləcəkdir. Bu həcmin 10 qiqavatı
“Masdar” şirkəti, 12 qiqavatı “Fortescue” şirkəti tərəfindən istehsal
olunacaqdır. “ACWA Power” şirkəti isə bugünkü mərasimdə imzalanmış və
hazırda icra olunan razılaşmaya əlavə olaraq 2,5 qiqavat enerjinin istehsalı
üzrə öhdəlik götürəcəkdir. Bu, həqiqətən də çox böyük potensialdır.
Muradov Sərhəd
Saatlı şəhər Bülbül adına UMM-nin müəllimi


Digər xəbərlər

0.25938892364502