“Həmkarlar ittifaqları seçim qarşısında” adlı subregional seminar keçirilib

19:57 08-02-2023 | icon 959
“Həmkarlar ittifaqları seçim qarşısında” adlı subregional seminar keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Beynəlxalq Əmək
Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə Bakıda “Həmkarlar ittifaqları seçim
qarşısında” adlı subregional seminar təşkil olunub.
Tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev,
Konfederasiyaya üzv təşkilatların rəhbərliyi, BƏT-in, beynəlxalq həmkarlar
ittifaqlarının, həmçinin xarici ölkələrin müvafiq qurumlarının nümayəndələri
iştirak ediblər.
AHİK sədrinin birinci müavini İlyas Əliyev çıxış edərək Azərbaycan həmkarlar
ittifaqlarının strategiyasından, müasir inkişafın reallıqları fonunda qarşıda duran
vəzifələrdən, müəyyən edilmiş hədəflərə döğru nəzərdə tutulmuş və görüləcək
işlərdən bəhs edib.
Beynəlxalq Əmək Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə
nümayəndəsi Sergiyus Glovaskas, Beynəlxalq Həmkarlar İttifaqları
Konfederasiyasının təmsilçisi, Pan Avropa Regional Şurasının icraçı
katibi Anton Leppik və digər qonaqlar çıxışlarında dünyada həmkarlar
ittifaqlarının fəaliyyəti ilə bağlı hazırkı vəziyyət, bu günün çağırışlarına uyğun
müəyyən edilmiş məqsəd və vəzifələr, BMT ilə qarşılıqlı əlaqələrin faydaları,
Azərbaycan, Moldova, Qazaxıstan, Gürcüstan və Özbəkistan təcrübələrinin
əhəmiyyəti barədə danışıblar. Həmçinin çıxışlarda ölkələrarası təcrübə
mübadilələrinin aparılmasının zəruriliyinə, sosial müdafiə sistemlərinin
təkmilləşdirilməsinə, yaşıl iqtisadiyyatın inkişaf yollarına toxunulub, ekoloji
cəhətdən təmiz iqtisadiyyata ədalətli keçidin təmin olunmasında həmkarlar
ittifaqlarının rolu vurğulanıb.
Türkiyənin ən böyük həmkarlar ittifaqı Hak-İş Birliyi baş katibinin köməkçisi
Ərdoğan Serdengeşti ölkəsində həmkarlar ittifaqlarının gördüyü işlərdən,
qlobal dəyişikliyə məruz qalan sahələrdə işləyən şəxslərin yeni peşələrə yönəldilməsi istiqamətində görülən işlərdən danışıb. O xüsusilə qeyd edib ki, hər bir cəmiyyət yeni peşələrin ortaya çıxması ilə bağlı dəyişikliklərə
uyğunlaşdırılmalı, bu istiqamətdə peşəkar kadrlar hazırlanmalı, kadr
çatışmazlığına yol verilməməlidir.
Seminar mövzu ilə bağlı digər şıxışlarla davam edib.


Digər xəbərlər

0.2177209854126