“Nar” 4G şəbəkəsi Naxçıvanda!
“Nar” 9 fevral 2023-cü il tarixindən etibarən Naxçıvan Muxtar Respublikasında 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Artıq Naxçıvanda yaşayan “Nar” abunəçiləri yüksək sürətli və dayanıqlı mobil internetdən yararlana biləcəklər.
“Müştəri məmnuniyyəti hər zaman işimizin təməlində dayanır. Bu mənada, yüksək keyfiyyətli mobil rabitə xidmətlərinin yalnız paytaxt Bakıda deyil, eləcə də bölgələrdə təqdim edilməsi “Nar” üçün xüsusi önəm daşıyır. ”, - deyə “Nar”ın Baş İcraçı direktoru Qunnar Panke bildirib.
Hal-hazırda “Nar” 4G şəbəkəsi havalimanı ərazisi də daxil olmaqla, Naxçıvan şəhərini, o cümlədən Şahbuz rayonunda yerləşən Ağbulaq istirahət mərkəzini əhatə edir. Mobil operator bu ilin sonunadək Muxtar Respublika ərazisində 4G baza stansiyalarının sayını iki dəfə artırmağı planlaşdırır. Qeyd edək ki, ölkə üzrə “Nar” şəbəkəsi ərazinin 98,1%-ni, əhalinin isə 99,8%-ni əhatə edir.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
-
“Bakcell” ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
...
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir
...
-
Azərbaycanda elektron siqaretlər qadağan oluna bilər
...
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
...
-
Neftimizin qiyməti 88 dollara düşdü
...
-
“Yelo Bank” birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
...
-
Neftimizin qiyməti 92 dollara düşdü
...
-
Azərbaycanın ticarət etdiyi ölkələrin - Siyahısı
...
-
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək
...
-
Nar-dan xüsusi təklif - 10%-dək endirimlə smartfon!
...