Mehriban Əliyevanın paylaşımı Türkiyə mediasının gündəmində
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı paylaşımı Türkiyədə böyük rəğbətlə qarşılanıb.
Sözügedən paylaşım Türkiyənin bir neçə aparıcı mediasının da diqqətindən yayınmayıb və paylaşım çox sayda xəbər portallarında işıqlandırılıb.
Yazıların əksəriyyəti “Türkiyə xalqının yanında olmağa çalışan hər kəsə minnətdaram” başlığı ilə dərc olunub.
Qeyd edək ki, Mehriban Əliyeva zəlzələ qurbanlarına dəstək məqsədilə qardaş ölkəyə humanitar yardım göndərilməsi haqda göstəriş verib. Artıq yardımla əlaqədar bir neçə xüsusi təyyarə Türkiyəyə göndərilib.
Birinci vitse-prezident ötən gün etdiyi paylaşımda Türkiyə xalqının yanında olmağa çalışan hər kəsə minnətdarlığını bildirib, azərbaycanlı olduğuna görə özünü çox qürurlu hiss etdiyini qeyd edib.
-
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul etdi
...
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...
-
Prezident Japarovu Füzulidə qarşıladı - Fotolar
...
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...
-
Prezident COP29-la bağlı forumda iştirak edib - Video
...
-
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
...