Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilir
11 fevralda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan cüdo üzrə U-13 və U-15 yeniyetmələr arasında Bakı kəndləri birinciliyinin açılış mərasimi baş tutub. Birincilik Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, "Bakı Abadlıq Xidməti” MMC və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.
Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, “Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov, Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli, ACF-in baş katibi Rəşad Rəsullu və digər rəsmi nümayəndələr iştirak ediblər.
Fərid Qayıbov çıxışında bildirib ki, bu il ölkədə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan müxtəlif idman tədbirləri keçirilir və Bakı Kəndlər birinciliyi də onların sırasındadır: “Turnirdə iştirakçıların sayı çoxdur, bu da o deməkdir ki Bakının ətraf bölgələrində cüdo populyardır və inkişaf edir. Region idmançıları üçün turnir təşkil olunduğu üçün ACF-ə və Bakı Abadlıq Xidmətinə təşəkkür edirik. ”
Daha sonra ACF-in baş katibi Rəşad Rəsullu çıxış edərək vurğulayıb ki, bu il ACF Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər planlaşdırıb: “Bakı Kəndləri birinciliyi ilk dəfə keçirilir və bu turnir ənənəvi olaraq hər il keçiriləcək. Turnirin əsas məqsədi cüdonun kütləvləşdirilmsi və yeniyetmələr arasında sağlam həyat tərzinin formalaşdırılmasıdır.”
R. Rəsullu iki gün ərzində keçiriləcək turnirə 400-ə yaxın idmançının qatıldığını bildirib və idmançılara uğurlar arzu edib. Baş katib turnirin keçirilməsinə dəstəyə görə Gənclər və İdman Nazirliyinə, həmçinin Bakı Abadlıq Xidmətinə təşəkkürünü bildirib.
Bakı Kəndləri turnirinin ilk günündə 20 çəki dərəcəsində 245 idmançı iştirak edir. Yarışlara fevral ayının 12-si yekun vurulacaq.
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...
-
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı - Video
...
-
Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video
...