Qardaşlığının və həmrəyliyin əsl nümunəsi

14:07 13-02-2023 | icon 846
Qardaşlığının və həmrəyliyin əsl nümunəsi

        Fevralın 6-da qardaş Türkiyə öz tarixində ən faciəli və ağrılı hadisələrdən birini yaşadı. Həmin gün Türkiyə vaxtı ilə saat 04:17-də Türkiyənin cənubunda Qaziantep şəhərinin Şehitkamil ilçəsində baş verən güclü zəlzələ ciddi dağıntılara və çoxsaylı insan itkilərinə səbəb oldu. Mərkəzi Kahramanmaraş olmaqla, 10 vilayətdə baş verən zəlzələlər nəticəsində minlərlə insan həyatını itirib, on minlərlə insan yaralanıb və dağıntılar altında qalıb.

      Fəlakət barədə məlumat verilən kimi Azərbaycan hər zaman olduğu kimi, dərhal, ilk dəqiqələrdən qardaş Türkiyənin yanında idi və öz dəstəyini, öz həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirdi.

       Fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayaraq bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirdi, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa dilədi.

       Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar 8 fevral 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı 13 ədəd xüsusi təyinatlı nəqliyyatı vasitəsilə qardaş ölkəyə yola salınıb.      

   Əlbəttə, bu, ilk yardım idi. Bundan sonra yardımlar daha da artırılmış və bu günədək davam etdirilir. Ölkəmizdə demək olar ki, hamı bu işlə məşğuldur. Bütün dövlət qurumları da bu gün qardaş türk xalqının yanındadır. Azərbaycanın ən böyük şirkəti SOCAR  da  əlində olan bütün imkanlarla yardım  göstərir. Bütün yardım məsələləri bir mərkəzdən idarə olunur. Ölkənin xəstəxanalarında yaralı qardaş-bacılarımızın müalicəsi uçun bütün şərait var.

        Özəl sektor da öz dəstəyini əsirgəmir. Özəl şirkətlər ilk saatlardan fəaliyyətə keçiblər və həm maddi yardım, eyni zamanda, texniki yardım göstərməyə başlamışlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarını aradan qaldırmaq məqsədilə humanitar yardımlar ryonumuzda da davam edir.

       

 

Şahin Quliyev,

Cəlilabad RMX PHŞ İnsan resursları şöbəsinin

əməyin mühafizəsi bölməsində mühəndis


Digər xəbərlər

0.24806189537048