İtaliya ən yaxın tərəfdaşlarımızdan biridir 

20:50 15-02-2023 | icon 735
İtaliya ən yaxın tərəfdaşlarımızdan biridir 

       Prezident İlham Əliyev cari ilin 13 fevral tarixində Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışında demişdir ki, bu nəhəng layihə  eyni zamanda Avropanın enerji təhlükəsizliyinə növbəti töhfədir.  Yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin. Bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır.

 

İtaliya şirkətinin bu stansiyanın inşasında iştirakı təsadüfi deyil. Əvvəla, Azərbaycan Avropa İttifaqının üzv olan dövlətlərlə ikitərəfli münasibətlərin genişləndirilməsində maraqlıdır.  Ölkəmiz Şərq Tərəfdaşlığından kənar həmin dövlətlərlə ikitərəfli münasibətlər qurur və inkişaf etdirir. Azərbaycan Avropa İttifaqı ilə həmçinin “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq edir. İtaliya dünya miqyasında Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir.

Ölkələrimiz arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır, yüksək səviyyəli qarşılıqlı səfərlər təşkil edilmişdir; Energetika sahəsində İtaliya ilə əməkdaşlıq ənənəvi xarakter daşıyır. Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır və iki ildən artıqdır ki, Azərbaycan qazı İtaliya bazarına çatdırılır. TAP layihəsi birgə uğurumuzdur. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, bunun son məntəqəsi İtaliyadır və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır.

      Prezident bildirdi ki,  bu stansiyanı biz xarici tərəfdaşlarla birlikdə inşa edəcəyik. Bugünkü mərasimdə İtaliyanın şirkətlər və “Made in Italy” naziri iştirak edir. Mən hörmətli qonağı səmimiyyətlə salamlayıram. Eyni zamanda, Çinin bir şirkəti bu stansiyanın tikintisində iştirak edəcək. Yəni, biz bu işi xarici əməkdaşlıq çərçivəsində görəcəyik. Əlbəttə ki, “Azərenerji” ilə İtaliyanın “Ansaldo” şirkəti arasındakı əlaqələr burada həlledici rol oynayır. “Azərenerji” ilə “Ansaldo” arasında müqavilələr İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra imzalanmışdır. Azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda bu gün o bölgənin enerji potensialı araşdırılır və bu istiqamətdə də “Ansaldo” və “Azərenerji” tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərirlər.

 

        Biz vətəndaşlar Prezidentimizin apardığı siyasəti tam dəstəkləyirik, bu cəhətdən Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə çərçivəsində xüsusi münasibətlərə böyük inamla yanaşırıq.

 

 Namiq Rzayev,

Cəlilabad rayon Kövüzbulaq kənd

 tam orta məktəbinin direktoru


Digər xəbərlər

0.23659014701843