“Qarabağ” Azərbaycanın xal ehtiyatını artırdı
“Qarabağ” Azərbaycanın 2022/23 mövsümü üçün UEFA reytinqindəki xal ehtiyatını artırıb.
Ağdam klubu buna Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Belçikanın “Gent” komandasına qarşı keçirdiyi ilk oyunda qələbə qazanmaqla nail olub.
Qurban Qurbanovun yetirmələri Bakıda baş tutan matçdan 1:0 hesablı qələbə ilə ayrılıblar. Bu qələbə sayəsində Ağdam klubu Azərbaycanın UEFA reytinqindəki qazancına 0.500 xal əlavə edib. Cari mövsümdəki qazancımız isə 5.000 xala çatıb. Hazırda avrokuboklarda bir komanda ilə təmsil olunan Azərbaycan son beş mövsümün yekunlarına əsasən hesablanan reytinq siyahısında 16.625 xalla 29-cu pillədə qərarlaşıb. 28-ci yerdəki Polşanın 18.750, 30-cu olan Qazaxıstanın 12.625 xalı var.
Siyahıya 103.284 xala malik İngiltərə başçılıq edir. İspaniya (89.284) ikinci, Almaniya (79.731) üçüncüdür.
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
...
-
Avarçəkmə Federasiyası “Bakı Marafonu-2024”də iştirak etdi - Fotolar
...
-
Bakı Marafonunun qalibləri müəyyənləşdi - Foto
...
-
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
...