Premyer Liqa: Tura iki oyunla yekun vurulacaq
Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulacaq.
Son oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk görüşündə "Sabah" "Turan Tovuz"u qəbul edəcək. Hazırda paytaxt klubu 53 xalla 2-ci, bölgə təmsilçisi isə 23 xalla 6-cı pillədə qərarlaşıb.
İki komanda bunadək ölkə çempionatında cəmi 2 dəfə üz-üzə gəlib. Hər iki matçda bakılılar qələbə qazanıb. Topların nisbəti 4:1-dir. Paytaxtdakı görüşdə hər iki komanda qol vurub.
Turun son oyunu "Zirə" və "Qarabağ" arasında olacaq. "Qartallar" 32 xalla 4-cü sırada yer alıb. "Köhlən atlar" isə 58 xalla turnir cədvəlinə başçılıq edir.
Klublar indiyə qədər Premyer Liqada 29 matçda qarşılaşıb. Bunların 19-u Ağdam klubunun xeyrinə başa çatıb. "Zirə" indiyədək qalib gəlməyib. 10 görüşdə isə heç-heçə qeydə alınıb. "Qarabağ"ın 62 qoluna Bakı klubu 13 topla cavab verib.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda son iki səfərdə böyükhesablı qələbə qazanıb.
Azərbaycan Premyer Liqası
XXIII tur
19 fevral
16:30. "Sabah” - “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Elşad Abdullayev, Cəmil Quliyev, Nicat İsmayıllı
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elman Musayev
"Bank Respublika Arena".
19:00. "Zirə" - "Qarabağ"
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Müslüm Əliyev, Vüqar Həsənli
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Zirə İdman Kompleksinin stadionu.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" Gəncədə "Şamaxı"nı 3:2, "Qəbələ" evdə "Sumqayıt"ı 2:1, "Neftçi" isə "Səbail"i 3:0 hesabı ilə məğlub edib.
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
...
-
Avarçəkmə Federasiyası “Bakı Marafonu-2024”də iştirak etdi - Fotolar
...
-
Bakı Marafonunun qalibləri müəyyənləşdi - Foto
...
-
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
...
-
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurub - FOTOLAR
...
-
Fərid Qayıbov: "Əminəm ki, növbəti Olimpiya Oyunlarına lisenziya qazanan avarçəkənlərimizin sayı daha çox olacaq"
...