Bu gün ilk çərşənbədir
Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsi qeyd olunur.
Bu çərşənbəni “Yalançı”, “Əzəl çərşənbə”, “Sular Novruzu” da adlandırırlar.
Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər.
Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur.
Xatırladaq ki, fevralın 28-də Azərbaycanda Od, martın 7-də Yel çərşənbəsi olacaq. Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 14-də qeyd ediləcək.
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...
-
Sabahın havası açıqlandı
...
-
Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır
...
-
Azərbaycanın potensialı kifayət qədər genişdir
...
-
Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır
...
-
Əməkdaşlığın müsbət dinamikası
...
-
Səmərəli siyasi dialoq
...