Laçın-Xankəndi yolundakı vəziyyət müzakirə edildi

19:26 21-02-2023 | icon 826
Laçın-Xankəndi yolundakı vəziyyət müzakirə edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də
Münxendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və
Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra
televiziya kanallarına müsahibə verib.
Müsahibə konstruktiv keçdi. Bir çox məsələlər müzakirə olundu, o cümlədən
Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması, sazişin
imzalanması üçün lazım olan şərtlərin mövcudluğu. Əsas məsələ ondan
ibarətdir ki, bu sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib
edilməlidir. Qarabağ haqqında hər hansısa müddəanın olması qəbuledilməzdir.
Bu haqda da Azərbaycanın mövqeyi bildirildi. Biz üç gün bundan qabaq
Ermənistandan bizim təkliflərimizə yeni cavab təklifləri aldıq. İndi onları
incələyirik. İlk baxışda Ermənistanın mövqeyində tərəqqi var, ancaq kifayət
qədər deyil. Yəni, əsas bu məsələ müzakirə olundu. Laçın-Xankəndi yolundakı
vəziyyət də, əlbəttə ki, müzakirə edildi. Azərbaycanın mövqeyində hər hansı bir
blokadadan söhbət gedə bilməz. Dekabrın 12-dən bu günə qədər 2500-dən çox
yük maşını və Qırmızı Xaç Komitəsinin maşınları keçmişdir və əgər blokada
var idisə, bu maşınlar necə keçə bilərdi? Yəni, bu, Azərbaycana qarşı əsassız bir
ittihamdır, biz bunu rədd edirik . O cümlədən, Avropa İttifaqı bizim
mövqeyimizi anlayır. Biz haqlı olaraq tələb edirik ki, yataqlarımızın qanunsuz
istismarı dayandırılsın və buna nail olunmayana qədər əminik ki, bizim ictimai
fəallarımız öz şərəfli missiyasından əl çəkməyəcəklər. Eyni zamanda, yaxşı
olar, Ermənistan və Azərbaycan ikitərəfli qaydada nəzarət-buraxılış
məntəqələrini Ermənistan-Azərbaycan sərhədində yaratsınlar. Ermənistan
tərəfindən bu barədə hər hansı mövqe səsləndirilmədi. Yəqin ki, bunu müzakirə
etmək üçün onlara bir qədər vaxt lazımdır.
Amma ilkin təəssüratımız belədir ki, həm Avropada, həm Amerikada bizim
bu təklifimiz məntiqli hesab olunur. Bu, hər iki ölkə arasındakı əlaqələrin
normallaşmasında da, əlbəttə ki, önəmli amildir. Çünki biz sərhədlərin
delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu,
mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə
ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə
Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır.
Bu barədə Ermənistan tərəfindən cavab gözləyəcəyik.
İranla Azərbaycan arasında münasibətlərin normallaşmasına gəlincə isə, bu,
Azərbaycan diplomatik nümayəndəliyinə qarşı təşkil olunmuş terror aktı idi.
Terrorçu 30-40 dəqiqə ərzində tərksilah edilməmişdir və polis maşınları,
təhlükəsizlik xidmətinin işçiləri gəlib-gedirdilər, amma onlar ona iki dəfə
səfirliyin binasına daxil olmağa, səfirliyin mühafizə işçilərindən birini qətlə
yetirməyə, ikisini isə yaralamağa imkan verdilər. Terrorçunu əliyalın tərksilah
etmiş mühafizə işçilərindən birinin cəsarəti ola bilsin ki, onlarla azərbaycanlının
həyatını xilas etdi. Çünki diplomatlarımzın ailələri, o cümlədən uşaqları o

binada yaşayırdılar. Buna görə biz bu məsələ ilə bağlı dərhal və şəffaf istintaqın
aparılmasını tələb edirik. Bu terror hadisəsindən sonra terrorçunun İran
mediasına müsahibə verməsi faktı onun İran istablişmentinin bəzi qolları
tərəfindən göndərilənlərdən biri olduğunu göstərir. Digər qəribə məsələ o idi ki,
iki gündən sonra o, əqli çatışmazlığı olan insan kimi elan edildi. Bu ekspertizanı
onlar dərhal necə keçirə bildilər? Bu, onu ədalət mühakiməsindən yayındırmaq
üçün atılmış bir addım idi. Buna görə İran hökuməti şəffaf istintaq aparmalıdır,
bizə bu barədə məlumat verilməlidir, terrorçu cəzalandırılmalıdır. Lakin ən
vacibi odur ki, terrorçunu göndərənlər, Azərbaycana qarşı bu qəddar aktı
törətmiş İran istablişmentinin nümayəndələri ədalət mühakiməsi qarşısına
çıxarılmalıdır. Yalnız bundan sonra biz münasibətlərin hər hansı normallaşması
haqqında danışa bilərik.

Qasımova Gülnarə
Saatlı rayonu Qırağlı kənd tam orta məktəbin müəllimi


Digər xəbərlər

0.22931480407715