Biz öz yolumuzun yolçusuyuq 

19:37 21-02-2023 | icon 712
Biz öz yolumuzun yolçusuyuq 

Prezident İlham Əliyevin cari ilin 18 fevral tarixində Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasda demişdir ki,  Rusiya-Ukrayna müharibəsi ümumi geosiyasi vəziyyəti tamamilə dəyişib.

        Prezident vurğulamışdır ki, bu müharibənin bizə birbaşa təsiri olmayıb, lakin birmənalı olaraq ümumi geosiyasi vəziyyət tamamilə dəyişib və ola bilsin, Rusiya-Ukrayna müharibəsindən əvvəlki vaxtlara qayıtmasın. Beləliklə, biz bəzi ənənəvi tərəfdaşlarla ticari əməkdaşlıq sahəsində müəyyən çətinlikləri görə bilərik. Eyni zamanda, xüsusən də daşımalar layihələrinə gəldikdə, bəzi üstünlüklər də var. Azərbaycan uzun illər ərzində müasir daşımalar və logistika infrastrukturunun yaradılmasına yatırımlar edib. İndi isə Mərkəzi Asiyadan daşınan yüklərin Azərbaycan vasitəsilə Avropaya yönəldilməsi əlavə imkanlar açır. Lakin bildiyiniz kimi, bizim öz müharibəmiz olub.

        44 gün çəkmiş müharibə iki ildən bir az çox əvvəl baş vermişdir. Biz müharibənin nə olduğunu bilirik, onun xalqlar üçün nə dərəcədə dağıntılar və əziyyətlər gətirdiyini bilirik. Buna görə, istəyirik Avrasiyada sülh bərqərar olunsun. Hesab edirəm ki, Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar. Hazırda biz Ermənistan ilə Azərbaycan arasında sülh sazişi üzərində çalışırıq. Ümid edirik ki, biz bu işi gec yox, tezliklə tamamlayacağıq. Düşünürəm ki, bu, ciddi tarixi fikir ayrılığına malik olan ölkələrin bir araya gəlməsi və düşmənçilik səhifəsinin bağlanmasında yaxşı nümunə ola bilər.

       Azərbaycan Prezidenti Cənubi Qafqazda təhlükəsizlik panelində də, üçtərəfli ABŞ-Azərbaycan-Ermənistan görüşündə də Ermənistan-Azərbaycan sərhədində nəzarət-keçid məntəqələrinin yaradılması təklifini irəli sürməklə bir daha dövlətlərin öz ərazilərində suveren hüquqları və beynəlxalq hüququn tələblərini xatırlatdı. Əsas məsələ isə ondan ibarətdir ki, Azərbaycanın bu cür mövqeyi Avropa və ABŞ tərəfindən başadüşülən hesab edilərək dəstəkləndi. Bu, şübhəsiz ki, Azərbaycan diplomatiyasının böyük uğuru kimi yadda qaldı. Eyni zamanda, gələcək dünya nizamının da yalnız hüquq və ədalət üzərində bərqərar olmasının mümkünlüyünü ifadə etmiş oldu.

       Bizim dünya siyasətində, diplomatiyada, beynəlxalq iqtisadi münasibvətlərdə öz yolumuz var, bu yol Prezident İlham Əliyevin müəyyən etdiyi qarşılıqlı münasibətlər və tərəqqi yoludur. Münxen konfransının nəticələrindən bir daha gördük ki, azadlıq istəyən xalqı işğal etmək mümkün deyil.   

 

Azad Cəfərov,

Cəlilabad rayon Sabirabad kənd 2 nömrəli

tam orta məktəbin direktoru


Digər xəbərlər

0.22482490539551