Müştəriyə qeyri-etik təkliflər edən taksi sürücüsü həbs olundu
Bakıda narkotik maddənin təsiri altında yetkinlik yaşına çatmayan müştəriyə qeyri-etik təkliflər edən taksi sürücüsü həbs edilib.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, paytaxt sakini olan bir nəfər DİN-nin “102” Xidməti Zəng Mərkəzinə müraciət edərək qeyd edib ki, yetkinlik yaşına çatmayan övladı müştəri kimi əyləşdiyi taksidə olan zaman sürücü uşağa qeyri-etik təkliflər edib.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində həmin taksi sürücüsü olan Abdulağa Mustafayev saxlanılıb.
Araşdırma zamanı sürücünün narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olduğu və qeyri-etik təklifi narkotikin təsiri altında etdiyi müəyyən edilib.
Abdulağa Mustafayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Abdulağa Mustafayev 1 ay müddətinə inzibati qaydada həbs edilib.
-
Bakıda film səhnələrini xatırladan qəza - Video
...
-
DSX: Ötən ay sərhəddə 934 min manatlıq qaçaqmal saxlanılıb
...
-
Vətəndaşın avtomobilində baş vermiş yanğın sərhədçilərin köməyi ilə söndürülüb
...
-
Gürcüstandan Azərbaycana bu yolla keçmək istədi - Foto
...
-
“Nikosayağı” qəza törədərkən sərxoş olubmuş - İş məhkəmədə
...
-
DSX: "Ötən ay sərhəddə 2 milyon 357 min manatlıq qaçaqmal aşkarlanıb"
...
-
İran vətəndaşları saxlanıldı - DSX-dan uğurlu əməliyyat
...
-
Uşaq pornoqrafiyası yayan şəxs cəzalandırıldı
...
-
Ölkəyə saxta 10 min dollar gətirənlər saxlanıldı - Foto
...
-
PFL rəhbərliyi Xankəndi yolunda qəzaya düşdü
...