Gənclər və İdman Nazirliyi ASAPES-lə birlikdə media treninqi təşkil edib

19:48 23-02-2023 | icon 813
Gənclər və İdman Nazirliyi ASAPES-lə birlikdə media treninqi təşkil edib

Gənclər və İdman Nazirliyi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) ilə birlikdə növbəti media treninqi təşkil edib.

Dörd gün davam edən təlimə 26 idman qurumundan 29 mətbuat xidməti əməkdaşı və 19 media qurumundan 21 jurnalist qatılıb.

Beynəlxalq media eksperti Martin Mazurun iştirakı ilə keçən treninqin ilk iki günü idman jurnalistikası, sonrakı iki günü isə mətbuat xidməti işinin təşkili mövzularında olub.

Bu gün isə trninqdə yekun vurulub. İştirakçılara sertifikatların verilməsi mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bu cür təlimlərin ölkə idman mediasının inkşafı baxımından əhəmiyyətli olduğunu bildirib və treninq iştirakçılarına uğurlar arzulayıb.

Sonda iştirakçılara sertifikatları nazir və təlimçi Martin Mazur təqdim ediblər.

Qeyd edək ki, bu, Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən 3-cü beynəlxalq təlimdir.


Digər xəbərlər

0.24060988426208