Qaradağda Xocalı qurbanları anıldı - Fotolar

17:51 24-02-2023 | icon 765
Qaradağda Xocalı qurbanları anıldı - Fotolar

Fevralın 24-də Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının otuz birinci ildönümünə həsr olunmuş ədəbi-bədi kompozisiya və dəyirmi masa keçirilib.

 

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, başçının müavinləri və şöbə müdirləri, rayon icra hakimiyyəti başçısı yanında Şura üzvləri, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, rayon ərazisində məskunlaşmış Xocalıdan olan şəhid ailələri iştirak ediblər.

S.Mikayılov çıxışında qeyd edib ki, 1988-ci ildən başlamış Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən, dəhşətli və qəddar faciələrdən biri Xocalıda baş vermiş soyqırım olub. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Onların məqsədi Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin xocalılılar qəhrəmanlıq göstərmiş, erməni-sovet hərbi birləşmələrinə qarşı igidliklə vuruşmuş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar. Yalnız Heydər Əliyevin sayəsində Xocalı faciəsi əsl siyasi-hüquqi qiymətini aldı. Soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülüb.

44 günlük Vətən müharibəsində qazanılan qələbə və Böyük Zəfər onu deməyə əsas verir ki, xocalılıların və bütün şəhidlərin qanı yerdə qalmadı, onların qisası alındı.
Eyni zamanda qeyd edib ki, Qaradağ rayonunda Xocalıdan olan 206 vətəndaşımız məskunlaşmışdır. Onlardan 28-i şəhid ailəsidir. Demək olar ki, artıq Qarabağa dönüş başlanılıb.

 

 


Digər xəbərlər

0.21149110794067