“Space”də bundan sonra yumor verilişləri olacaq

17:55 24-02-2023 | icon 1160
“Space”də bundan sonra yumor verilişləri olacaq

“Space” telekanalının efir siyasətində dəyişiklik ediləcək.

Bu barədə sözügedən şirkətlə yollarını ayıran aparıcı Turan İbrahimov feysbukda bildirib.

 

Onun sözlərinə görə, kanal yeni yayım formatına keçir: “Əsasən yumora üstünlük veriləcək”.

Qeyd edək ki, fevralın 7-də telekanala rəhbər təyin olunan “Parni iz Baku” KVN komandasının keçmiş üzvü Vado Korovinin efir siyasətində hansı dəyişikliklər edəcəyi maraq doğururdu.

Məsələ ilə bağlı V. Korovinlə əlaqə saxlamağa çalışsaq da, o, növbəti dəfə zənglərimizi cavabsız qoyub. 


Digər xəbərlər

0.24525785446167