“Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir”

09:54 03-03-2023 | icon 1021
“Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir”

Biz bir xalq, millət olaraq azadlığımız, müstəqilliyimiz uğrunda illərlə mübarizə aparmışıq,
bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək, qurmaq nə qədər
çətindirsə, onu qoruyub saxlamaq bir o qədər məsuliyyətlidir, ağırdır. Müstəqil dövləti
olmaq, müstəqil dövlətdə yaşamaq səadətdir Beş min illik dövlətçilik tarixinə malik olan
Azərbaycan daim torpağına göz dikən, azadlığını təhdid edən, ona düşmən kəsilən
yadellilərə qarşı mübarizə aparıb. Tariximiz azadlıq, müstəqillik uğrunda çətin və şərəfli
mübarizələrlə zəngindir. Ötən əsrdə iki dəfə dövlət müstəqilliyini elan edən ölkəmiz bu
yolda minlərlə şəhid verib. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal
Bəyannaməsi qəbul edərək tam dövlət hakimiyyətinə malik Azərbaycan Xalq
Cümhuriyyətinin yarandığını bəyan edib. Müsəlman Şərqinin və Türk dünyasının ilk
cümhuriyyəti bir çox xarici dövlətlər tərəfindən tanınıb, müstəqil dövlətin təsisatları
yaradılıb. Mövcud olduğu müddət ərzində Azərbaycan Xalq Cümhuriyyəti bütün
vətəndaşlarını konstitusion hüquqlarla təmin edib. Daxili quruluşundan asılı olmayaraq,
bütün ölkələrlə münasibətləri faydalılıq əsasında yaratmağaçalışıb. Sovet işğalındakı 70
illik bir müddətdə Azərbaycan xalqı özünün azadlıq ideallarını, müstəqillik arzularını daim
yaşadıb. XX əsrin sonlarında ikinci dəfə müstəqillik əldə edib: 1991-ci ildə yenidən əldə
etdiyimiz müstəqillik xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin şüurlarda
yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsi idi. Həmin il avqustun 30-da Azərbaycanın
müstəqilliyi haqqında bəyannamə, oktyabrın 18-də isə Azərbaycan Respublikasının dövlət
müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu. Bununla da Azərbaycan müstəqil,
demokratik və dünyəvi bir dövlət kimi mövcudluğunu yenidən dünyaya bəyan edib. Dövlət
müstəqilliyimizi dünya ictimaiyyəti tanıdı və qəbul etdi. 15 oktyabr 2021-ci il tarixdə isə Milli
Məclisdə keçirilən iclasda mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin
Bərpası Günü kimi qeyd edilməsi təklif olundu. 1991-ci il 18 oktyabr tarixindən - o
möhtəşəm gündən 30 il keçir. Bu müddət ərzində Azərbaycan bütün sahələrdə misli
görünməyən inkişafa, tərəqqiyə nail olsa da, əldə edilən uğurlar asanlıqla başa gəlmədi.
Müstəqillik qazandığımız ilk illərdə xalqımız bir sıra çətinliklərlə üzləşdi, ağır, məşəqqətli
günlər yaşadı. 1988-ci ildən Ermənistanın Azərbaycana qarşı torpaq iddiası ilə başlayan
münaqişə ölkəmizdə vəziyyəti son dərəcə ağırlaşdırdı və elan edilmədən başlayan
müharibəyə səbəb oldu. Azərbaycanın 20 faiz torpağı ermənilər tərəfindən işğal olundu.
Vətənimiz bir tərəfdən müstəqilliyimizin başı üstünü alan real təhlükəni sovuşdurmaq, digər
tərəfdən torpaqlarımızı müdafiə etmək, ölkəmizin ərazi bütövlüyünü qorumaq, işğal olunan
torpaqlarımızı azad etmək kimi tarixi bir sınaqla üzləşdi. Xalqımızın şərəfli mübarizə,
çoxsaylı qurbanlar bahasına qazandığı müstəqillik daha gərgin mübarizələrin başlanğıcı
idi. Müstəqilliyimizin ilkin mərhələsində - 1991-1993-cü illərdə müstəqilliyin, ərazi
bütövlüyünün qorunub saxlanılması, müstəqil iqtisadi, daxili və xarici siyasətin
müəyyənləşdirilməsi kimi vacib məsələlərin həlli əvəzinə, ölkədə hərcmərclik, özbaşınalıq,
siyasi-iqtisadi tənəzzül baş alıb gedirdi. Xarici təcavüz, ölkə ərazisinin 20 faizinin işğalı,
yüzlərlə insanın şəhid olması, qaçqın və məcburi köçkün problemləri, siyasi qarşıdurmalar
separatçı meyillər daha da gücləndi. Azərbaycan dünya xəritəsindən silinmək təhlükəsi
qarşısında qaldı. Müstəqilliyimizin qorunub saxlanılması, qarşıya qoyulmuş məqsədlərə
nail olmaq, milli həmrəylik və iradə nümayiş etdirmək üçün xalqı öz ətrafında sıx birləşdirə
biləcək milli liderə böyük ehtiyac var idi.1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə
yenidən Azərbaycanda hakimiyyətə gələn dahi siyasətçi Heydər Əliyev ilk olaraq
müstəqillik, azərbaycançılıq ideologiyasını milli şüurda və psixologiyada, xalqın iradəsində
bərqərar etməyə nail oldu. İnsanlarda Vətən, dövlətçilik, suverenlik, vətənpərvərlik
hissiyyatları gücləndi. Azərbaycan daxilində yaranan nisbi sabitlikdən və beynəlxalq
aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında "Əsrin

müqaviləsi" adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi
Heydər Əliyev tərəfindən işlənib hazırlandı ki, bu da müstəqil Azərbaycanın iqtisadi inkişaf
konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi, insan
hüquqlarının, söz və məlumat azadlığının, vətəndaş cəmiyyəti institutlarının
formalaşdırılması və inkişafına etibarlı zəmin yarandı. Ölkənin həyatında çox zəruri olan
ictimai-siyasi sabitləşmə, demokratik prinsip və təsisatlar yaradıldı. Ölkə daxilində mövcud
problemlərin tədricən aradan qaldırılması, iqtisadiyyatın inkişaf yoluna qədəm qoyması
Azərbaycanın xarici siyasətdə də daha fəal, qətiyyətli addımlar atmasına şərait yaratdı.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyib: "Tarix dəfələrlə sübut etmişdir
ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması, onun əldə edilməsin dən qat-
qat ağır və mürəkkəb vəzifədir".Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, müasir
Azərbaycan dövlətinin qurucusudur. Ulu Öndərin zəngin irsi, ideyaları və tövsiyələri müasir
cəmiyyətimizin inkişafının nəinki ideya mənbəyidir, həmçinin möhtəşəm səfərbəredici
amildir. Ümummilli Liderin təlatümlərdən, təhlükələrdən çıxararaq qurub-yaratdığı
Azərbaycan indi Prezident İlham Əliyevin rəhbərliyi altında bütün dünyaya möhtəşəm
yüksəliş dinamikası nümayiş etdirir. Ulu Öndərin yaratdığı quruculuq şəraiti indi
Azərbaycanın real siyasi və iqtisadi həyatında təzahür edir. Xalqın öz dövlətçiliyi sarıdan
heç bir narahatçılığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub
saxlanılır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-
mənəvi dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir. Azərbaycan bu
gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib.

İlkanə Əzizova
Saatlı rayonu Potubəyli kənd ümumi orta məktəbin Tarix müəllimi


Digər xəbərlər

0.24503397941589