Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası davam edir - Fotolar

16:38 04-03-2023 | icon 729
Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası davam edir - Fotolar

Bu gün Sahil qəsəbəsində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

 

Aksiyada Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Rayon İcra Hakimiyyətinin başçısı aparatının əməkdaşları, YAP Qaradağ rayon təşkilatı və könüllülər iştirak edib.

Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına əsasən ölkənin bütün regionlarında olduğu kimi, Qaradağ rayonunda da ağacəkmə aksiyalarının aparılmasına hazırlıq işləri çərçivəsində müvafiq ərazilər təmizlənir, münbit torpaqlar daşınır və ağacların əkilməsi üçün lazımı tədbirlər görülür.

 

 


Digər xəbərlər

0.42174983024597