AHİK sədri Səttar Möhbalıyev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan xanımlarını təbrik edib

19:08 07-03-2023 | icon 719
AHİK sədri Səttar Möhbalıyev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan xanımlarını təbrik edib

AHİK sədri Səttar Möhbalıyev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan xanımlarını təbrik edib

Təbrikdə deyilir:

“Ölkəmizin bütün qadınlarını, o cümlədən həmkarlar ittifaqlarının sıralarında
təmsil olunan xanımları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə
ürəkdən təbrik edir, Azərbaycan həmkarlar ittifaqları adından və şəxsən öz
adımdan ən xoş arzularımı bildirirəm.
Azərbaycan qadını hər zaman cəmiyyətimizin əsas aparıcı qüvvəsi olaraq bir
xalq kimi formalaşmağımızda, tariximizin zənginləşməsində, ədəbiyyatımızın,
mədəniyyətimizin yaranmasında və inkişafında müstəsna rol oynayıb.
Müqəddəs ana, vəfalı həyat yoldaşı olmaqla yanaşı, həm də görkəmli diplomat,
hökmdar, sərkərdə, qəhrəman döyüşçü kimi, tarixdə dərin iz buraxıblar. Tomris,
Nüşabə, Burla Xatun, Sara Xatun, Həcər, Nigar və başqa qəhrəman analarımız
düşmənə göz dağı olublar. Onlar igidliyi və fədakarlığı ilə şanlı tariximizi
yaradıblar. Əsrlər keçsə də, xalqımız onları heç vaxt unutmur, adlarını
yaşadaraq nəsildən-nəsilə ötürür. Şərqin ilk demokratik respublikası olan
Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçib-seçilmək hüququ verməklə
onların cəmiyyətimizdə statusunu daha da artırmış, ölkəmizin ictimai-siyasi
həyatında yaxından iştirakına şərait yaratmışdır. Azərbaycan qadını həmçinin
milli kimliyimizin qorunmasında, azadlıq mübarizəsinin geniş vüsət almasında
yaxından iştirak edib, ana dilimizin, mənəviyyatımızın ən etibarlı dayağı
olublar. Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsası Ulu Öndər
Heydər Əliyev tərəfindən qoyulub. Dövlətimizin banisi qadın şəxsiyyətinə daim
böyük hörmətlə yanaşmış, onların ictimai-siyasi sahədə rolunun artırılması
istiqamətində mühüm addımlar atmışdır. Ulu Öndər əsasən idarəçilik
sisteməndə qadınların irəli çəkilməsini, onların fəaliyyətinin yüksək səviyyədə
qiymətləndirilməsini həmişə diqqətdə saxlamışdır.

Dövlətimizin başçısı cənab İlham Əliyev hər il Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbriklər ünvanlayır, ölkəmizin inkişafında onların xidmətlərini xüsusi qeyd edir, orden və medallarla təltif edir. Təbii ki, bu
da dövlət səviyyəsində qadınlara olan diqqət və qayğının təzahürüdür.
Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyeva öz zəngin
fəaliyyəti ilə Azərbaycan qadınının müsbət imicini formalaşdırıb. O, ölkəmizlə
yanaşı, dünya səviyyəsində də gördüyü nəcib və humanist əməllərlə
Azərbaycanı bütün dünyada ləyaqətlə təmsil edir, xeyirxah işləri ilə Azərbaycan
qadını adını yüksəklərə qaldırır. Onun beynəlxalq səviyyədə əldə etdiyi
nailliyyətlər həm də Azərbaycan qadınının uğurudur.
Azərbaycan həmkarlar ittifaqları da qadınların ictimai həyatda fəal
iştirakına, həmkarlar ittifaqlarının strukturlarında daha çox təmsil olunmalarına,
onların rolunun gücləndirilməsinə xüsusi diqqət yetirir. Hazırda həmkarlar
ittifaqı üzvlərinin sayında qadınlar üstünlük təşkil edir.
Azərbaycan anası həmişə Vətən üçün layiqli və mərd övladlar tərbiyə edib.
Məhz onların vətənpərvərlik ruhunda tərbiyə etdiyi qəhrəman oğullarımız
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük
Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərək misilsiz Qələbə
çaldılar.
Əziz xanımlar!
Bir daha Sizləri Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik
edir, xoş və firavan həyat arzulayıram. Bayramınız mübarək olsun!”


Digər xəbərlər

0.27307295799255