Qaradağda xanımlarla görüş - Fotolar

19:12 07-03-2023 | icon 775
Qaradağda xanımlarla görüş - Fotolar

Martın 6-da Qaradağ Rayon İcra Hakimiyyətində rayonun ictimai-siyasi həyatında yaxından iştirak etmiş, əməkdə fərqlənmiş qadınlarla görüş keçirilib.

Görüşdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak edib.

 
 

Tədbirdə icra hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edib: “Əziz xanımlar! Hər birinizi qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, can sağlığı, uzun ömür arzulayıram. Bütün ölkələrdə qadınlar 8 Mart Gününü həmçinin sülh uğrunda mübarizədə həmrəylik günü kimi də qeyd edirlər.

Azərbaycanda qadınlara həmişə məxsusi ehtiram olub. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə qadınlar cəmiyyətin bütün strukturlarında təmsil olunurdu. Ulu Öndər deyirdi: “Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq ülvilik məbədidir. İsmət, qeyrət, qüdrət rəmzidir”.

Daha sonra S. Mikayılov tərəfindən rayonun ictimai-siyasi həyatında öz fəallığı ilə fərqlənən xanımlar fəxri fərmanlar və dəyərli hədiyyələr ilə mükafatlandırılıblar.

 

 



Digər xəbərlər

0.2297191619873