Azərbaycan elit-raunda birbaşa vəsiqə qazandı
Futzal üzrə DÇ-2024-ün əsas mərhələsinin qrup oyunlarına yekun vurulub.
Son matçlardan sonra elit-raunda birbaşa vəsiqə qazanan 16 komanda, eləcə də əsas mərhələnin pley-off oyunlarında iştirak edəcək 8 yığma müəyyənləşib.
Öz qrupunda 9 xalla ikinci olan millimiz elit-raundda iştirak edəcək.
Elit-raunda birbaşa yüksələn komandalar: Azərbaycan, Xorvatiya, Finlandiya, Fransa, Gürcüstan, İtaliya, Qazaxıstan, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, İspaniya, Ukrayna, Ermənistan.
Əsas mərhələnin pley-off mərhələsində iştirak edəcək komandalar: Belçika, Çexiya, Almaniya, Macarıstan, Litva, Moldova, İsveç, Niderland.
Qeyd edək ki, elit-raundun püşkü bu il iyulun 5-də atılacaq. Qrup oyunları isə dekabrın 20-dək yekunlaşacaq. Bu mərhələnin pley-off oyunlarının püşkü gələn il yanvarın 25-də, oyunları isə 8-17 apreldə keçiriləcək.
Elit-raundda ümumilikdə 20 komanda mübarizə aparacaq. Komandalar 5 qrupa bölünəcək və hər qrupda 4 iştirakçı yer alacaq. Qrup qalibləri final mərhələsinə birbaşa vəsiqə qazanacaq. 4 ən yaxşı qrup ikincisi isə pley-off oyununda üz-üzə gələcək və onlardan ikisi həlledici mərhələdə (Avropa üzrə cəmi 7 komanda) iştirak edəcək.
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...