Sistemli islahatların davamı

10:14 10-03-2023 | icon 412
Sistemli islahatların davamı

Bu gün ölkəmizdə aparılan genişmiqyaslı islahatlar bütün sahələri əhatə
edir. Belə ki, iqtisadi, sosial, siyasi və digər sahələrdə aparılan islahatlar
Azərbaycanın dinamik inkişafını təmin edir. Eyni zamanda, 2020-ci ildə yeni
tərkibdə formalaşmış parlament də qanunvericilik sahəsində islahatların
aparılmasına böyük töhfələr verməkdədir.
Bildiyimiz kimi, 2020-ci ilin martın 10-da altıncı çağırış Azərbaycan
Respublikası Milli Məclisinin ilk iclasında çıxış edən Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev parlamentin gələcək fəaliyyəti
ilə bağlı çox mühüm mesajlar verdi. Eyni zamanda Milli Məclisdə islahatlar,
parlamentdə baş verən dəyişiklərlə bağlı təhlillər apardı. Qeyd etmək lazımdır
ki, cənab İlham Əliyevin ətraflı və dolğun çıxışı Azərbaycan ictimaiyyəti
tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Dövlət başçısının parlamentdə dərin məzmunlu çıxışında qaldırdığı
məsələlər sırasında xüsusilə çoxpartiyalılığın Azərbaycan siyasi sisteminin
inkişafında yeri və rolu ilə bağlı məqamı vurğulaması təqdirəlayiqdir. Dövlət
başçısı bildirdi ki, islahatlar nəticəsində Prezident Administrasiyasında, Nazirlər
Kabinetində, yerli mərkəzi icra hakimiyyəti orqanlarında struktur və kadr
dəyişiklikləri həyata keçirilmişdir.
Bunu da qeyd etmək lazımdır ki, ayrı-ayrı partiyaların nümayəndələrinin
Milli Məclisin rəhbərliyi və komitələrində təmsil olunması siyasi sistemin
möhkəmləndirilməsi, siyasi münasibətlərin sağlam zəmində inkişaf etdirilməsi
məqsədini daşıyır. Cənab Prezident İlham Əliyevin çıxışında qaldırdığı
məsələlər sırasında xüsusilə çoxpartiyalılığın Azərbaycan siyasi sisteminin
inkişafında yeri və rolu ilə bağlı məqamı vurğulaması təqdirəlayiqdir. Dövlət
başçısı 2018-ci ilin aprel ayında keçirilən prezident seçkilərindən sonra onun
təşəbbüsü ilə ölkədə dərinləşən islahatlar kursuna start verildiyini və bu
islahatlar kursunun bütün sferaları əhatə etdiyini diqqətə çatdırdı. 
Cənab Prezident İlham Əliyev gənclər siyasəti ilə bağlı fikilərini bildirərkən
ölkəmizdə əhalinin mütləq əksəriyyətinin gənclər, demoqrafik mənzərənin çox
müsbət olduğunu qeyd etdi. Çıxışında gənclərin asudə vaxtlarının səmərəli
təşkili, onların fəal işə cəlb edilməsi, könüllülər hərəkatı, gənc nəslin
vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində  qanunvericilikdə bir sıra
addımlar atıldığını vurğulayaraq, ölkəmizdə ictimai-siyasi sabitliyə təhlükə
törədə biləcək heç bir amilin mövcud olmadığını, lakin anti-Azərbaycan
qüvvələrin ölkəmizin xaricində bu amilləri yaratmaq istədiklərini diqqətə

çatdırdı. Qeyd etdi ki, həmin qüvvələrin özünü müxalifət adlandıran, tamamilə
rüsvayçı halda guya fəaliyyətini davam etdirən qruplaşmadan artıq əlləri üzülüb
və onlara heç inam da qalmayıb. Eyni zamanda, gənclərin mənəvi və fiziki
hazırlığı üçün əlavə tədbirlərin həyata keçirilməli olduğunu, Milli Məclisin və
onun müvafiq komitələrinin bu işlə məşğul olub konkret təkliflər irəli
sürəcəklərinə ümid bəslədiyini bildirdi.
Milli Məclisin əsas fəaliyyət istiqamətlərindən biri də beynəlxalq
əməkdaşlığın möhkəmləndirilməsidir. Dövlət başçısı beynəlxalq ikitərəfli və
çoxtərəfli əlaqələrin inkişafına da toxunaraq, beynəlxalq təmsilçilik
məsələlərindən də ətraflı bəhs etdi.
Parlamentin sosial sahə ilə bağlı məsələlərdə daha fəal olmasının
vacibliyindən danışarkən Prezident İlham Əliyev bu sahənin, həmişəki kimi,
prioritetliyini diqqətə çatdırdı, ötən illərdə önəmli addımlar atıldığını və bunun
davam etdiriləcəyini bildirdi.
Sonda qeyd etmək istəyirəm ki, bu gün uğurla fəaliyyət göstərən altıncı
çağırış Milli Məclis bundan sonra da dövlətçiliyimizin, müstəqilliyimizin
qorunmasına öz töhfəsini verəcək. Parlament xüsusilə Azərbaycan Prezidenti
cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatlar kursuna uyğun
işini quracaq və normativ-hüquqi bazanın formalaşdırılması istiqamətində
mühüm addımlar atacaqdır.

Əhmədağa Əliyev
Saatlı rayonu Dədə Qorqud kənd tam orta məktəbin direktoru


Digər xəbərlər

0.22374820709229