Hacı Şahinin ailəsindən müraciət

10:20 10-03-2023 | icon 603
Hacı Şahinin ailəsindən müraciət

Hacı Şahin Həsənlinin məzarı üzərində abadlaşdırma işlərinə başlanılır. 

Bununla bağlı mərhum ilahiyyatçının feysbuk səhifəsində paylaşım edilib.

Bu səbəbdən Hacı Şahinin ailəsi və Məşədi Dadaş məscidi dini icması adından xahiş olunur ki, işlər bitənə qədər ziyarət təxirə salınsın.

“Anlayışla qarşıladığınız üçün hər birinizə təşəkkür edirik” – paylaşımda qeyd olunur.

Qeyd edək ki, martın 2-də qəfil vəfat edən Hacı Şahinin məzarı indiyədək gecə və gündüz saatlarında kütləvi şəkildə ziyarət olunurdu.


Digər xəbərlər

0.23044395446777