Böyük Şor gölü sahilində qaçış zolağı istifadəyə verilib
Böyük Şor gölü sahilində salınan qaçış zolağının açılışı olub.
Açılışda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, atletlər Nazim Babayev, Yekaterina Sarıyeva, paralimpiya çempionu Lamiyə Vəliyeva, idman səfirləri Aynur İmanova ilə Aliyə Paşayeva da iştirak ediblər.
Sakinlərin və idmançıların gündəlik qaçışlar etməsi, yüngül atletikayla məşğul olması üçün nəzərdə tutulan iki zolaqdan ibarət, uzunluğu 725, eni isə 2.40 metr olan qaçış yolu xüsusi örtük materialından istifadə edilməklə quraşdırılıb.
Qaçış cığırı Gənclər və İdman Nazirliyi, eləcə də, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə əhalinin sağlam həyat tərzinin təmin edilməsi məqsədilə istifadəyə verilib.
Muxtar Babayev Böyük Şor gölü ətrafında yaranan bu imkanın əhali üçün yaxşı fürsət olduğunu düşünür: “Qaçış üçün meydançanı tez bir zamanda idman nazirliyi ilə birlikdə istifadəyə verdik. Belə bir təşəbbüsə, dəstəyə görə gənclər və idman nazirinə təşəkkür edirəm. İnanırıq ki, bura gələnlərin sayı çox olacaq və bu gözəl idman növü ilə daha çox insan məşğul olacaq”.
Azərbaycan millisinin voleybolçusu və idman səfiri Aynur İmanova çıxışında bütün parklarda belə cığırların olmasını arzulayıb: “Təkcə idmançılar yox, əhali də gəlib idmanla məşğul ola bilsinlər”.
Atlet Nazim Babayev isə təşəbbüsə görə, gənclər və idman nazirinə təşəkkür edib: “Parklarda belə qaçış cığırlarının olması insanların daha çox idman etməsinə kömək olacaq”.
-
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
...
-
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurub - FOTOLAR
...
-
Fərid Qayıbov: "Əminəm ki, növbəti Olimpiya Oyunlarına lisenziya qazanan avarçəkənlərimizin sayı daha çox olacaq"
...
-
“Prezident Kuboku 2024”: ikinci gündə üç medal - FOTOLAR
...
-
"Prezident Kuboku-2024" beynəlxalq reqatasında ikinci günə start verildi
...
-
Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi oldu
...
-
"Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
...
-
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
...
-
Dünya Kuboku növbəti dəfə Bakıda!
...
-
"DreamLand" qolf akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib
...