Qaradağda növbəti səyyar qəbul - Foto

22:44 14-03-2023 | icon 1087
Qaradağda növbəti səyyar qəbul - Foto

Martın 14-də Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Ümid qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

 

Qəbulda Ümid qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Keçirilmiş səyyar qəbulda 50-ə yaxın qəsəbə sakinləri iştirak edib. Sakinlərdən 14 nəfəri fərdi qaydada dinləyən Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib, bəzi müraciətlər yerindəcə həll edilib.

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdirilir.

 

 


Digər xəbərlər

0.20499205589294