Azərbaycan Avropa İttifaqı və Almaniya üçün əhəmiyyətli tərəfdaşdır
Prezident İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan-Almaniya etibarlı
tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir. Azərbaycanın
inkişafı bizə öz resurslarımıza güvənmək imkanını verdi. Ölkə iqtisadi cəhətdən
müstəqildir və bu da hökumətimizin ən əsas hədəflərindən biri idi. Son 20 ildə
iqtisadiyyatımız üç dəfədən çox artıb. Bu, dünya rekordu hesab oluna bilər. Eyni
zamanda, birbaşa xarici borcun azalması strategiyasına əsaslanaraq, biz xarici
borcumuzu azaltmışıq və 2023-cü il yanvarın 1-nə olan məlumata görə, bu, ÜDM-in 10
faizindən aşağı olub.
Azərbaycan beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrin
həyata keçirilməsini tamamlamaq üzrədir və yeni kreditlər götürməyi planlaşdırır. Son
iyirmi il əsasən enerji sektoru sayəsində sürətli iqtisadi artım illəri olmuşdur. İndi isə
hədəf iqtisadiyyatımızın daha çox şaxələndirilməsi üzərində işləməkdir.
Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və bir neçə başqa
beynəlxalq maliyyə institutları ilə ilkin məsləhətləşmələr başlanıb. Lakin infrastruktur
layihələri, yol tikintisi, dəmir yolu və sair üçün borc aldığımız əvvəlki illərdən fərqli
olaraq, indi öz şirkətlərimizin və sənaye sektorumuzun imkanları artdığından, bizim artıq
bunun üçün vəsaitə ehtiyacımız yoxdur.
Cənab İlham Əliyevin göstərdiyi bu faktları artıq dünya ölkələrinin liderləri və
siyasətçiləri də təsdiq edirlər. Almaniya Kansleri Olaf Şolts Berlində Azərbaycan
Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib ki, Azərbaycan həm Almaniya,
həm Avropa İttifaqı üçün əhəmiyyəti artan tərəfdaşdır. Ölkənin həm Almaniyanın, həm
də Avropa İttifaqının enerji təchizatı üçün böyük potensialı mövcuddur. Azərbaycan öz
töhfəsini verə bilər və eyni zamanda, bərpa olunan enerji də bizim əməkdaşlığımızın bir
mövzusudur.
Düşünürük ki, Bu səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə
qaldırılmasına əhəmiyyətli təkan verəcək.
Vahid Mirzəyev,
Cəlilabad rayon Mənzil-İstismar Sahəsinin rəisi
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...
-
Sabahın havası açıqlandı
...