Azərbaycanın enerji potensialı böyükdür

11:40 23-03-2023 | icon 1960
Azərbaycanın enerji potensialı böyükdür

Prezident İlham Əliyev cari ilin 13 mart tarixində Berlində Almaniyanın aparıcı
şirkətlərinin rəhbərləri ilə görüşündə maraqlı məsələlərə toxunub, o cümlədən ölkəmizin
enerji potensialından geniş bəhs edib. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan
Avropa üçün enerji sektorunda etibarlı tərəfdaşdır. Bir ildən az vaxt bundan əvvəl
Azərbaycan Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən
Avropa üçün enerji sektorunda etibarlı tərəfdaş adlandırılıb. Həqiqətən də real hədəf
olan yerdə, biz bir çox Avropa ölkələrini neft, neft məhsulları, neft-kimya məhsulları ilə
təchiz edirik.
Neft-qaz kəmərlərinin tikintisi üzrə uğurlu təcrübəmizi nəzərə alaraq, enerji
təhlükəsizliyi üzrə Avropadan olan ölkələr və şirkətlərlə mövcud əməkdaşlığımız, bütün
real amillər həqiqətən onu nümayiş etdirir ki, Azərbaycan yaşıl enerjisi tezliklə təbii qaz
qədər əhəmiyyətli olacaq.Azərbaycan həqiqətən də Avropa üçün vacib yaşıl enerji
təchizatçısına çevriləcək.
Azərbaycanda bərpaolunan enerji mənbələrinin böyük potensialı olduğunu bildirən
cənab Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanda külək və günəş enerjisi
mənbələrinin potensialı 200 qiqavata yaxındır. Hazırda biz nəinki xarici sərmayədarları
cəlb etməkdə davam edirik, o cümlədən həmin enerji həcmlərini ixrac etmək məqsədilə
lazımi ötürmə imkanlarını da yaradırıq. Ötən ilin dekabrında Buxarestdə Azərbaycandan
Avropaya yaşıl enerjinin ötürülməsi üçün Qara dənizin dibi ilə kabelin çəkilməsi üçün
Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında saziş imzalandı.. Bu, Xəzər
dənizində külək enerjisi stansiyalarından başlayan və Avropa istehlakçılarına xidmət
edən vahid layihə olacaq.
Prezident İlham Əliyevin Almaniyaya bu dəfəki səfərində əldə olan nəticələr təkcə
enerji mübadiləsi sahəsində deyil, bütün sahələrdə ikili münasibətlərə təkan verəcək.
Qənimət İsrafilova
Cəlilabad rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin müdiri


Digər xəbərlər

0.22510290145874