Hərtərəfli əməkdaşlığını gücləndirmək hər iki tərəf üçün faydalıdır

11:41 23-03-2023 | icon 1089
Hərtərəfli əməkdaşlığını gücləndirmək hər iki tərəf üçün faydalıdır

Prezident İlham Əliyevin martın 13-də Berlində almaniyalı iş adamları və
biznesmenlərilə görüşü, eləcə də ölkəmizin iqtisadi dividentliyi, bərpa-quruculuq işlərinə
Alman şirkətlərinin cəlb edilməsi baxımından önəmlidir. Dövlətimizin başçısı görüşdə
göstərib ki, təxminən 30 il ərzində işğal altında olmuş Qarabağ və Şərqi Zəngəzurun
azad edilmiş torpaqlarında yenidənqurma işləri nəzərdə tutulur.
Keçmiş məcburi köçkünlərin tezliklə məskunlaşdırılması ən böyük çağırışlardan
biridir. Hesablamalara əsasən, Ermənistan işğal dövründə bir milyondan çox mina
basdırıb və 2020-ci ilin noyabrında müharibə bitəndən bəri demək olar ki, 300
azərbaycanlı mina səbəbindən ya həlak olmuş və ya ciddi xəsarət almışdır. NBiz hətta
indi havadan minanı aşkar edə bilən dronlardan istifadə edirik. Bir kvadratmetrin
minalardan təmizlənməsi üçün Avropada olan qiymət bizim milli minatəmizləmə
agentliyinin işi aparmağa hazır olduğu qiymətdən bir neçə dəfə çoxdur. Bu səbəbdən bir
neçə Azərbaycan şirkəti də əlavə olaraq mina təmizləmə işləri ilə məşğul olmağa
başlamışdır.
“Böyük Qayıdış” adlanan dövlət proqramına artıq start verilib. Müharibə bitdikdən
sonra cəmi ilyarım ərzində 400-dən artıq məcburi köçkün öz yerlərinə qayıdaraq
məskunlaşıb. Planımızda yüz minlərlə keçmiş məcburi köçkünü öz yurd-yuvalarına
qaytarmaqdır, çünki erməni işğalı nəticəsində bir milyon soydaşımız qaçqın və məcburi
köçkün vəziyyətinə düşmüşdür. Qarabağ və Şərqi Zəngəzur bölgələri artıq yaşıl enerji
zonası elan edilmişdir, orada bərpaolunan enerji mənbələrindən istifadə olunacaq. Bu
mənbələr ölkənin qalan hissəsinə də xidmət edəcək. Naxçıvanı da yaşıl enerji zonasına
çevirmək nəzərdə tutulur, çünki Naxçıvanın böyük ixrac potensialı mövcuddur.
Bütün bunlar maraqlı faktlardır, bunları nəzərə alaraq Almaniya ilə Azərbaycanın
hərtərəfli əməkdaşlığını gücləndirmək hər iki tərəf üçün olduqca faydalıdır.

Mübariz Nadirov,
Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı


Digər xəbərlər

0.29349708557129