Tərəfdaş ölkələrlə iş birliyimiz güclənir

11:41 23-03-2023 | icon 1485
Tərəfdaş ölkələrlə iş birliyimiz güclənir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ilin 13-14 mart
tarixində Almaniya Federativ Respublikasına işgüzar səfəri zamanı Almaniya Prezidenti
Frank-Valter Ştaynmayerlə, Almaniya Kansleri Olaf Şolts və Almaniyanın aparıcı
şirkətlərinin rəhbərləri ilə görüşlərdə bir çox məsələlrə münasibət bildirmiş və mühüm
mesajlar vermişdir.
Hazırda Azərbaycan məhdud imkanları olan Bakı-Tbilisi-Qars dəmir yolunun, onun
Gürcüstan hissəsinin genişlənməsinə investisiya yatırır. Ola bilsin ki, gələn il bu
investisiya layihəsi tamamlanacaq. O, bir milyon tondan beş milyon tonadək
genişləndiriləcək. Azərbaycanın əlavə investisiyaları 120 milyon ABŞ dollarından çox
olacaq və biz onu gələn il tamamlayacağıq. Nəqliyyat infrastrukturunun və gömrük
idarəçiliyinin inteqrasiyası üzərində işlər aparılır. Ümumdünya Gömrük Təşkilatının
Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan və Türkiyə arasında koordinasiyayavə
inteqrasiyasına kömək nəzərdə tutulur.
Şərq-Qərb dəmir yolu əsas etibarilə tamamlanıb, lakin Şimal-Cənubda qatarların
sürəti çox aşağıdır. Hazırda biz Bakıdan Rusiya sərhədinə dəmir yolunun yenidən
qurulmasına investisiya yatırırıq. Şimal-Cənub nəqliyyat dəhlizində yüklərin potensial
həcmi 15 milyon tondan 30 milyon tona qədər olacaq.
Xəzər dənizindən keçəcək bağlantı reallaşacağı təqdirdə Qara dənizin sahilində
limanların texniki imkanları genişlənməli olacaq. Qara dənizdə bizim Xəzər Dəniz
Gəmiçiliyi – ASCO-ya məxsus gəmilər üzür və şirkətin əlavə gəmilər almaq planları var.
Onlar həm Xəzər dənizində, həm də Qara dənizdə fəaliyyət göstərir, ancaq Qara
dənizdəki fəaliyyətləri nisbətən məhduddur. Əlavə maliyyə vəsaitləri ayrılır ki, dəniz
limanımızın və dəmir yolu infrastrukturunun imkanlarının artırılması baş tutsun.
Ümidvarıq, Almaniya şirkətləri bu sahədə bizim tərəfdaşlarımız olacaqlar.
Nurəli Hüseynov,
Cəlilabad şəhər peşə məktəbi
tədris-istehsalat işləri üzrə direktor müavini


Digər xəbərlər

0.24544787406921