Yeni reallıqlar zəminində əməkdaşlıq və fəaliyyət

11:42 23-03-2023 | icon 972
Yeni reallıqlar zəminində əməkdaşlıq və fəaliyyət

Prezident İlham Əliyevin cari ilin mart ayının 13-də Berlində Almaniyanın aparıcı
şirkətlərinin rəhbərləri ilə görüşündə səsləndirdiyi fikirlər təkcə hər iki ölkənin deyil, eyni
zamanda Avropanın diqqət mərkəzində böyük rezonans yaradıb.
Prezident vurğulayıb ki, təşəbbüskarı olduğumuz bütün layihələr artıq ya
tamamlanıb, ya da şübhəsiz uğurlu olacaqdır. Transxəzər layihəsində biz tranzit ölkəsi
hesab olunuruq və biz dəfələrlə açıq bəyan etmişik ki, biz Xəzərin o tayında dost və
tərəfdaşlarımızın boru kəmərini inşa etməyi qərarlaşdırdığı təqdirdə onlar üçün zəruri
tranziti təmin etməyə hazırıq.
Xəzər dənizi ilə daşımalar üçün tələbat artır. Azərbaycanın hələ ki, Xəzər
dənizində ən böyük ticarət donanması, 50-dən çox gəmisi var. Bakı gəmiqayırma
zavodu isə ildə 6 gəmi istehsal edə bilər və bu da həmin neft həcmləri və Mərkəzi
Asiyadan, yəqin ki, Çindən gözlədiyimiz quru yük üçün kifayət etmir.
Biz regionumuzda rəqəmsal transformasiya ilə bağlı ön sırada olanlardan biri
olmağı planlaşdırırıq. Bu, böyük potensialı olan sahələrdə müasir texnologiyaları cəlb
etmək və tətbiq etmək üçün hökumətimizin ümumi strategiyasıdır.
Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bizə qaz təchizatı və ya mövcud
qaz təchizatının artırılması ilə bağlı 10-dan çox Avropa ölkəsindən müraciət olunub. Bu
müharibə nəticəsində həmçinin Azərbaycanın nəqliyyat infrastrukturuna tələbat artır.
Avropada yeni mənbələrdən təbii qaza olan tələbatın artması ilə əlaqədar, hazırda biz
kəmər imkanlarımızı genişləndirməyi planlaşdırırıq. Biz xüsusilə 16 milyard kubmetr
tutumu olan TANAP-ı 32 milyard kubmetrədək, 10 milyard kubmetr tutumu olan TAP-ı
isə 20 milyard kubmetrədək genişləndirməyi planlaşdırırıq. Bu, əsasən Avropadan
tələbatın artması ilə əlaqədardır. 3500 kilometr uzunluğu olan, 3 kəmər sistemini
birləşdirən kəmərin indi genişlənməyə ehtiyacı var.
Dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə tərəfdaşlarımızın ehtiyaclarını
qarşılamaq üçün hər şeyi edir.

Nicat Qürbətov,
Cəlilabad rayonu, Suluçeşmə kənd
ümumi orta məktəbin direktoru


Digər xəbərlər

0.25474309921265