Mehriban Əliyeva Ramazan ayı münasibətilə xalqı təbrik etdi - Foto

11:59 23-03-2023 | icon 1225
Mehriban Əliyeva Ramazan ayı münasibətilə xalqı təbrik etdi - Foto

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə instaqram hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“Müqəddəs Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Qoy mübarək Ramazan ayı ürəklərdə saf duyğular və xoş niyyətlər oyatsın, hər bir ocağa ruzi-bərəkət, hər kəsin ailəsinə sağlıq, sevinc, səadət və əmin-amanlıq gətirsin! Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin!

Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN”.

 

 

 
 
 

Digər xəbərlər

0.27163100242615