İsveç - Azərbaycan matçı qadın referiyə tapşırıldı

21:38 24-03-2023 | icon 672
İsveç - Azərbaycan matçı qadın referiyə tapşırıldı

AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində İsveç və Azərbaycan milli komandaları arasında Solna şəhərində keçiriləcək oyunun hakimləri müəyyənləşib.

Qarşılaşmanı Fransadan olan hakimlər idarə edəcəklər.

 
 

Baş hakim Fransanın qadın referisi Stefani Frappar olacaq. Ona həmyerliləri Mikael Beşebru və Metyü Qrosbost kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Bastyen Deşepi yerinə yetirəcək.

Xatırladaq ki, martın 27-də “Friends Arena”da keçiriləcək bu qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


Digər xəbərlər

0.25100207328796