“Avropa ölkələrini Türkiyəyə dəstək göstərməyə çağırıram” - Təmraz Tağıyev
Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 44-cü Sessiyasında nümayəndə heyətinin üzvü, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev konqresin növbəti plenar iclasında çıxış edib.
Çıxışında Təmraz Tağıyev şəhər və yaşayış məntəqələrinin dayanıqlı inkişaf məqsədlərinin müzakirəyə çıxarılmasını təqdriəlayiq hal hesab edərək, dünya şəhərlərinin terrorla və təbiət hadisələrin yaratdığı fəsadlarla üz-üzə qalmaması üçün birlikdə bu hallara qarşı mübarizə aparmağın vacib olduğunu bildirib:
"Bu gün qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində onlarca şəhər və yaşayış məntəqəsi dağılmış, minlərcə insan dünyasını dəyişmiş, on minlərlə insan evsiz-eşiksiz qalıb. Azərbaycanın yerli özünüidarəetmə orqanları zəzələdən zərərçəkmiş insanların yanında olmaqla müxtəlif formada öz dəstəyini göstərməkdədir. Və bu dəstəyin göstərilməsi davam etməkdədir.
Bu gün belə mötəbər konqresin verdiyi imkandan istifadə edərək hər bir ölkəni Türkiyəyə dəstək göstərməyə səsləyirəm.
Gələcəkdə baş verə biləcək hər bir təbiət hadisəsinə hazır olmalı və qarşının alınması üçün birgə çalışmalıyıq".
-
Əliyevlə Tokayev Şuşada - Fotolar
...
-
Tokayev Füzulinin Baş planı ilə tanış oldu - Fotolar
...
-
Tokayevin şərəfinə dövlət ziyafəti verildi
...
-
Tokayev Heydər Əliyevin məzarını ziyarət etdi - Foto
...
-
Mehriban Əliyeva Ramazan ayı münasibətilə xalqı təbrik etdi
...
-
Qazaxıstan liderinin Azərbaycan KİV-lərinə müsahibəsinin - Tam mətni
...
-
Tokayev sabah Bakıya gələcək
...
-
Prezident 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım etdi
...
-
İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib
...
-
Prezident və xanımı çərşənbə tonqalı ətrafında - Video
...