Eddi İsrafilov millinin düşərgəsini tərk edir

20:40 25-03-2023 | icon 852
Eddi İsrafilov millinin düşərgəsini tərk edir

Millimizin üzvü Eddi İsrafilov Avro-2024-ün seçmə mərhələsinin 2-ci turunda keçiriləcək İsveç yığmasına qarşı oyunda iştirak edə bilməyəcək. 

Buna səbəb onun Avro-2024-ün seçmə mərhələsinin ilk turunda dünən Avstriyaya 1:4 hesabı ilə uduzduqları matçın gedişində zədələnməsidir. Futbolçu bu gün millinin düşərgəsindən ayrılacaq.

Qeyd edək ki, martın  27-i keçiriləcək İsveç - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.


Digər xəbərlər

0.27946305274963