“İstəyirəm ki, oyun xoş təəssüratlarla başa çatsın” - Qurban Qurbanov
"Stadionda çox gözəl ab-hava gördüm. Hiss olunur ki, dostluq, qardaşlıq oyununa hazırlaşırıq. Təşkilatçılara təşəkkür edirəm".
Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Qalatasaray"la keçirəcəkləri xeyriyyə oyunundan öncə təşkil olunmuş brifinqdə deyib.
Mütəxəssis görüşün xoş təəssüratlarla başa çatmasını istədiyini deyib:
"Bilirik ki, Bakıda "Qalatasaray" azarkeşləri çoxdur. Bütün azarkeşlər üçün maraqlı oyun olacaq. Sabah tamaşaçılar üçün yaxşı oyun göstərməyə çalışacağıq. İstəyirik ki, onlar futboldan zövq alsınlar. Bu, çox önəmli matçdır. Ən vacibi odur ki, Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlara dəstək olmaq üçün bu görüş təşkil olunub. Çox istəyirəm ki, görüş xoş təəssüratlarla başa çatsın. Klub, ölkə olaraq Türkiyəyə nə dəstək lazımdırsa, biz etməyə hazırıq. Allah Türkiyə xalqına səbir versin".
"Bizim üçün rotasiyalıq bir şey yoxdur. Oyunçularımızın sayı azdır. Əlimizdə olan futbolçularla oyunu başa vurmağa çalışacağıq. 4 futbolçu dəvət etmişik, keçmiş "Qarabağ"lıları. Qapıçı Anar Nəzirov bizimlə olacaq. Donald Gerye, Rauf Hüseynli və Nihad Quliyev bizə tanış futbolçulardır" - deyə Qurbanov əlavə edib.
Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Qalatasaray" matçı saat 20:00-da başlayacaq. Görüşün bilet satışından əldə olunan gəlir Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlər üçün göndəriləcək.
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
...
-
Avarçəkmə Federasiyası “Bakı Marafonu-2024”də iştirak etdi - Fotolar
...
-
Bakı Marafonunun qalibləri müəyyənləşdi - Foto
...
-
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
...
-
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurub - FOTOLAR
...
-
Fərid Qayıbov: "Əminəm ki, növbəti Olimpiya Oyunlarına lisenziya qazanan avarçəkənlərimizin sayı daha çox olacaq"
...
-
“Prezident Kuboku 2024”: ikinci gündə üç medal - FOTOLAR
...