Şam adamlar  - Namiq Nəbiyev

10:41 27-09-2023 | icon 1091
Şam adamlar  - Namiq Nəbiyev

Bu həkim haqqında mənə bir Gəncə sakini elə ürəklə, elə içdən-səmimi danışdı ki, kövrəldim. 

 Nə edək ki, getdikcə insanlar  soyuqlaşır, ədalətsizliklər durmadan artır, müəllim gül kimi körpə uşaqlara "pul dağarcığı" kimi baxır, həkim xəstəni, hakim cinayəti gəlir mənbəyi, ucuz qazanc hesab edir. Bu təkcə bizdə deyil, demək olar ki, dünyanı bürüyüb. Bəziləri hətta deyir ki, bütün bunlar "Qiyamət"in əlamətləridir...

 Amma bütün bu qaranlığın, zülmətin içində ŞAM kimi işıqlı insana rast gəlirsən. Və həyat gözlərində yenidən canlanır. Böyük filosof  Konfutsi əbəs yerə demirdi ki, zülməti  söyməkdənsə, bir ŞAM yandırın. Bəli, bircə ŞAM yandırın. 

Gözünüzün qabağına iki mənzərən gətirin. Zülmət qaranlıq otaq...adam özünü kor kimi aparırır, nə sağ var, nə sol, nə arxa, nə də ön...İndi isə həmin zülmətdə bircə barmaq boyda ŞAM yandırın...Həə..artıq  adam özünü kor kimi deyil, rahat hiss edir...sağ var, sol var, ön var...Yəni itmiş oriyentirlər bircə anda qayıdır. Bax belə barmaq boyda şam kimi insanlar da var cəmiyyətimizdə. Onlardan biri haqqında uzun-uzadı deyil, qısaca, ŞAM boyda yazmaq istəyirəm. 

 Söhbət Gəncə şəhər TTYS-nın baş həkimi Namiq Nəbiyevdən gedir.

Xəstə yaxınlarının dediyinə görə, Namiq həkim xəstələrin dilini çox gözəl bilir. Həqiqətən də xəstənin dilini bilmək üçün səmimi, saf olmalısan ki, onlar də  sənə inansın, güvənsin...

Yəqin ki, Hipokrat andı da içib Namiq həkim. Bu yazını yazarkən, Hippokrat andının yunan, latın, hətta azərbaycan variantı ilə tanış oldum, mətni-andı  diqqətlə oxudum. Bu andı bu günədək milyonlarla həkim içib...amma noolsun. Məsələ and içməkdə, hətta Quran oxumaqda deyil ee...Bir insanlıq məsələsi var. Bir müdrik demişkən, insanın ölməsi qorxulu deyil, fəlakət insanlığın ölməsidir.

Amma Namiq Nəbiyev kimi  ŞAM kimi insanlar  varkən, insanlıq ölməz. Bilirəm səhiyyəmizdəki problemlərdən  bezən oxucularımız, başını bulayıb, bir gül ilə bahar olmaz deyəcəklər. Bəli, əziz oxucular! Mən də bilirəm bir güllə bahar olmaz. Ancaq BİR GÜL  panoramanı büsbütün dəyişə bilir. Gəlin, hamımız dua edək ki, vətənimizdəki ŞAM insanların sayı daha çox olsun. 

 O, daima ona müraciət edənləri diqqət və qayğı ilə dinləyib onlara əlindən gələn köməyi edir. 

İnsanların sıx olduğu ərazilərdə dezinfeksiya işlərinin aparılması, vətəndaşlara yüksək xidmət məhz onun əməyinin bəhrəsidir.

Gəncə şəhər TTYS öz tibbi heyətinin peşəkarlığı, ən son müasir tibbi təchizatı, pasiyentlərinin hər birinə fərdi yanaşması, bir sözlə, göstərdiyi yüksək səviyyəli tibbi xidməti ilə regionda tanınır.

Bu yaxınlarda yenə də yolumu oradan saldım. Həkimlər iş başında idilər. Hər tərəfdə təmizlik, səliqə-səhman göz oxşayırdı. Gün ərzində bir neçə xəstə yaxını ilə söhbət etdim, onlara göstərilən tibbi xidmətin səviyyəsi ilə, hər hansı neqativ hallarla rast gəlib-gəlmədikləri ilə maraqlandım. Həmsöhbətlərim çox səmimi cavab verdilər. Qeyd etdilər ki, buranın tibb bacılarından, bütün həkimlərdən çox razıyıq. Həkimlərimz düzgün müayinə-müalicə aparır, tövsiyələrini bizdən əsirgəmirlər:

"Baş həkimdən, şöbə müdirlərindən çoz razıyıq. Onlara öz təşəkkürümüzü bildiririk".

Onu da əlavə etdilər ki, xoşagəlməz hərəkətləri burada heç zaman müşahidə etməmişlər.


Digər xəbərlər

0.28865122795105