Açıq və demokratik rəqabətə çağırış

12:30 28-03-2023 | icon 1043
Açıq və demokratik rəqabətə çağırış

      “Siyasi partiyalar haqqında” yeni Qanun siyasi proseslərdə iştirak edən tərəflər arasında güclərinin balansına xidmət edir. Belə ki, Qanunun tələblərinə cavab verən partiyalar rəqabətə dözümlü olduğunu sübut edirlər; deməkdir. “Siyasi partiyalar haqqında” yeni Qanunda diqqət çəkən əsas məqamlardan biri hər kəsin bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malik olmasıdır. Bu hüquq yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər. Qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməlidir, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. O cümlədən dövlət qeydiyyatından keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir.

        İnkişafında durğunluq dövrünü yaşayan siyasi partiyaların ölkənin siyasi sisteminin funksionallığına fayda verməsi artıq mümkünsüzdür. Zəif partiyalar xarici qüvvələrin əlində manipulyasiya alətinə çevrilir. Odur ki, yeni Qanun tərəflər arasında güclərin balansına və adekvat rəqabət mühitinin formalaşdırılmasına xidmət edir.

         Yeni qanun, hər şeydən əvvəl, ölkənin milli təhlükəsizliyinə siyasi partiyalar vasitəsiylə müdaxilə imkanlarının qarşısını kəsməklə, onların fəaliyyətinin şəffaflaşdırılmasına, eyni sosial bazanı və ideyanı bölüşən sağlam təşkilatların təmərküzləşməsinə, məsuliyyət, güc və nüfuzlarının artmasına, çevik siyasi institutlar kimi ölkənin siyasi həyatında aktiv və effektiv iştiraklarına gətirib çıxaracaq. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir.

Beynəlxalq aləmdə olduğu kimi, siyasi dialoqa ölkə daxilində sağlam münasibət bəslənilməsi 44 günlük müharibə günlərində öz əyani ifadəsini göstərmişdir. Həmin günlərdə ölkədə fəaliyyət göstərən əksər siyasi partiyalar bir araya gəlmiş, milli mənafeyimiz, torpaqlarımızın azadlığı, düşmənin məhvi üçün yekdil mövqedən çıxış etmişlər. Cənab İlham Əliyevin: “Mən demişdim ki, bizim normal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyacımız var” fikirləri çətin döyüşlər zamanında özünün varlığını, həqiqiliyini sübut etdi. Müstəqilliyimiz, dövlətçiliyimiz, milli maraqlarımız, taleyüklü məsələlərimiz olduğu yerdə müxalifətçilik ola bilməz. Son illər normal, sivil dialoqa münasibətlərə meydan verilməsi, təşəbbüslər göstərilməsi məhz buna xidmət edir.

 

Hüseyn Niftiyev,

Cəlilabad RMX PHŞ-in Ümumi şöbəsinin müdiri


Digər xəbərlər

0.31086802482605