Fazil Mustafa güllələndi
Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnib.
Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb.
F.Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə hazırda öz evində həkim müdaxiləsi edilir.
***
DİN Mətbuat Xidmətindən bildirilib ki, hazırda əməliyyat-istintaq qrupu hadisə yerindədir. Hücumu törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir.
***
Fazil Mustafanın qardaşı oğlu Toğrul bildirib ki, deputat hazırda Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
“Hazırda əməliyyat olunur.Güllə çiynindən və ayağından dəyib. Hadisə millət vəkilinin evinin qarşısında olub. Hadisəni törədən şəxsin kimliyi hazırda bilinmir”, - deyə o bildirib.(qafqazinfo)
-
Müştəriyə qeyri-etik təkliflər edən taksi sürücüsü həbs olundu
...
-
DTX İŞİD-in mühasibini saxladı
...
-
“Papanin” və “Kubinka”da növbəti əməliyyat - 13 nəfər tutuldu
...
-
Bakıda vəzifəli şəxs həbs edildi
...
-
DİN İranın cəsus şəbəkəsini çökdürməkdə davam edir - 39 nəfər saxlanılıb
...
-
Bakıda fırıldaqçı jurnalist peyda olub - FOTO
...
-
DİN İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirdi - 7 nəfər saxlanıldı
...
-
“Duşla seyfi sulayırdım ki, içindəki pullar yanmasın” - Bakıda film kimi hadisə
...
-
Azyaşlıya qeyri-etik hərəkətlər edən şəxs necə saxlanıldı? - Rəsmi
...
-
Bakıda köşkdən 1700 manatlıq lotereya oğurlandı
...