Səttar Möhbalıyev: “Deputat həmkarımıza qarşı törədilən terror aktını qətiyyətlə pisləyirəm”
“Ötən gecə deputat həmkarımız Fazil Mustafaya qarşı törədilən terror aktını
şiddətlə qınayıram. Əminəm ki, qüdrətli dövlətimizin hüquq-mühafizə orqanları bu
xain silahlı hücumun icraçılarını və sifarişçilərini tezliklə aşkarlayaraq məsuliyyətə
cəlb edəcəklər”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
“Görünür, ölkəmizdə bərqərar olan siyasi sabitlik kimlərinsə gözünü qamaşdırır.
Bu cür əməllərlə cəmiyyətdə çaxnaşma, qorxu yaratmağa uğursuz cəhdlər edirlər.
Amma unudurlar ki, Azərbaycan xalqı dünyanın ən müdrik xalqlarındandır və öz
dövlətinin ətrafında dəmir yumruq kimi birləşib. 2020-ci ildə bütün dünya
Azərbaycan xalqının mətinliyini və dövlətinin sarsılmaz qüdrətini gördü. Terrorun
təşkilatçıları birmənalı şəkildə anlasınlar ki, bu xalqın iradəsinə heç bir şəkildə
təsir edə bilməzlər”, - Milli Məclisin deputatı deyib.
-
Azərbaycan dünyada tolerant ölkə kimi tanınır
...
-
Biz sülhə doğru gedirik
...
-
Sabah 23° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Nəcəf Novruzov barədə böhtan yazanların nəzərinə
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...