Bayrağmız Laçında əbədi dalğalanacaq

20:43 29-03-2023 | icon 629
Bayrağmız Laçında əbədi dalğalanacaq

Prezident İlham Əliyevin cari ilin 28 mart tarixində Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədovu qəbul edərkən çox mühüm və vaxtı çatmış məsələlərə toxunmuş, ciddi tapşırıqlar və qiymətli tövsiyələr vermişdir.

        Prezident qeyd etmişdir ki, İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və biz faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdik. Bu, bizim böyük tarixi Zəfərimizdir.

 Azərbaycan Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardı. Siyasi mübarizə hazırda da davam etməkdədir. Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bir sıra qətnamə yenə də ermənipərəst, rüşvətxor və anti-Azərbaycan qruplaşmanın məhsuludur və burada aparıcı rolu Fransa deputatları oynayır. Beynəlxalq vasitəçilər - ATƏT-in ovaxtkı Minsk qrupu danışıqların aparılması ilə faktiki olaraq bu işğalı möhkəmləndirməyə çalışırdılar. İndi hər şey aydın oldu - Fransanın Azərbaycana bu ədalətsiz və mənfi münasibəti təsadüfi deyil. Sadəcə olaraq, işğal dövründə bunu müəyyən dərəcədə pərdələmək istəyirdilər. Lakin Azərbaycanla ultimatum dili ilə danışmaq mümkünsüzdür. Azərbaycan bunu İkinci Qarabağ müharibəsində Ermənistana, müharibədən keçən iki il yarım ərzində Ermənistanın himayədarlarına sübut etdi. İndi başqa zamandır. Bizi istəməyən qüvvələr və ermənilər tərəfindən ara-sıra təxribat hadisələri baş versə də, görünən odur ki, Laçın rayonu işğaldan azad edildikdən sonra inkişaf dövrünə qədəm qoymuşdur.

Laçın rayonu ölkəmizin çox böyük potensialı olan ən böyük rayonlarından biridir. Rayon 28 il işğal altında idi və bu işğal dövründə rayonun bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilmişdir, ətraf mühitə böyük ziyan vurulmuşdur. Bütövlükdə bizim meşə fondumuzun qanunsuz istismarı nəticəsində 60 min hektar meşə ermənilər tərəfindən məhv edilib, kəsilib, talanıb, satılıb. Onun böyük hissəsi Laçın rayonunda olan meşə fondudur. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. İşğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti aparmışlar.

Prezidentimiz vurğulamışdır ki, minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar. Bu il və gələn il Laçın rayonuna təqribən 10 minə yaxın, bəlkə də çox keçmiş köçkünü yerləşdirəcəyik. Güləbird və Qorçu kəndlərinin Baş planı təsdiqlənib. Birinci mərhələdə Güləbird kəndində 2400, Qorçu kəndində isə 1300 insanın yerləşməsi nəzərdə tutulur. Laçın şəhərinin yenidən qurulmasının birinci mərhələsində burada 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. Məqsəd budur ki, keçmiş məcburi köçkünlər bundan sonra Laçında rahat yaşamalıdırlar və  möhkəm əminik ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin gördüyü tədbirlər sayəsində Azərbaycan dövləti bunu təmin edəcək.

Rahib Ağayev,

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşı


Digər xəbərlər

0.2485990524292