Qaradağda 31 Mart Soyqırımı ilə bağlı tədbir - Fotolar
Martın 31-də Qaradağ rayonunun Sahil qəsəbəsindəki “31 mart Azərbaycanlıların soyqırımı abidə-kompleksi” önünə əklilqoyma mərasimi keçirilib.
Tədbirdə Qaradağ RİH başçısı Süleyman Mikayılov, aparatın müavinləri və şöbə müdirləri, rayon icra hakimiyyəti başçısı yanında Şura üzvləri, qazilər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, şəhid ataları, ağsaqqallar, Şura üzvləri abidə önünə əklil və gül dəstələri qoyublar.
Tədbir iştirakçıları erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımının 105 il ötdüyünü yad ediblər.
Qeyd edilib ki, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşaqların öldürülməsi ilə nəticələnib.
-
Azərbaycan dünyada tolerant ölkə kimi tanınır
...
-
Biz sülhə doğru gedirik
...
-
Sabah 23° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Nəcəf Novruzov barədə böhtan yazanların nəzərinə
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...