“Kəpəz” “Səbail”ə, “Zirə” “Neftçi”yə qarşı

11:17 01-04-2023 | icon 915
“Kəpəz” “Səbail”ə, “Zirə” “Neftçi”yə qarşı

Azərbaycan Premyer Liqasında 28-ci turun oyunları keçirilir. Bu gün daha iki qarşılaşma baş tutacaq.

Əvvəlcə “Kəpəz” doğma meydanda “Səbail”lə münasibətlərinə aydınlıq gətirəcək.

Günün digər oyunu isə “Zirə” ilə “Neftçi” arasında baş tutacaq.

Xatırladaq ki, ilk oyun günündə “Turan Tovuz” evdə “Sumqayıt”a 2:3 hesabıyla uduzub. Tura sabah keçiriləcək “Şamaxı” – “Qarabağ” və “Sabah” – “Qəbələ” oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
28-ci tur
1 aprel

“Kəpəz” – “Səbail”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Şirmamed Mamedov, Kamal Umudlu.
Gəncə şəhər stadionu, 15:30.

“Zirə” – “Neftçi”
Hakimlər: Nicat İsmayıllı, Kamran Bayramov, Cəmil Quliyev, Emin Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 19:30.


Digər xəbərlər

0.2788519859314