"Qarabağ" səfərdə "Şamaxı"nı məğlub edib

17:30 02-04-2023 | icon 548

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.

Günün ilk matçında "Qarabağ" "Şamaxı"nın qonağı olub.

Şamaxı şəhər stadionundakı qarşılaşma "köhlən atlar"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 33-cü dəqiqədə Elvin Cəfərquliyev vurub.

Bu nəticədən sonra xallarının sayını 74-ə çatdıran Ağdam təmsilçisi birinci pillədə qərarlaşıb. Meydan sahibləri 20 xalla doqquzuncu sıradadır.

Qeyd edək ki, günün digər görüşündə "Sabah" "Qəbələ"ni qəbul edəcək. Turun əvvəlki oyunlarında "Sumqayıt" "Turan Tovuz"u 3:2, "Kəpəz" "Səbail"i 1:0 hesabı ilə məğlub edib. "Zirə" - "Neftçi" qarşılaşmasında isə qalib müəyyənləşməyib - 1:1.


Digər xəbərlər

0.25788497924805