“Sabah” ilk dəfə avrokuboklara vəsiqə qazandı

21:58 02-04-2023 | icon 656
“Sabah” ilk dəfə avrokuboklara vəsiqə qazandı

Azərbaycan Premyer Liqasının 28-ci turunda bu gün "Qəbələ"yə qalib gələn (3:2) "Sabah" avrokuboklara vəsiqə qazanıb.

2-ci pillədə olan Murad Musayevin komandası sona 8 tur qalmış 4-cü pillədə qərarlaşan "Zirə"ni 27 xal qabaqlayaraq bu hüququ əldə edib. Hazırda "Sabah"ın 65, "Zirə"nin isə 38 xalı var.

 
 

"Sabah" tarixində ilk dəfədir avrokuboklara vəsiqə qazanıb.

Qeyd edək ki, daha əvvəl lider "Qarabağ" da avrokuboklarda iştirak hüququ əldə etmişdi.  


Digər xəbərlər

0.25322914123535