Akif Məlikov işdən çıxarıldı
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Əməkdar incəsənət xadimi Akif Məlikov işdən çıxarılıb.
Bu barədə Mədəniyyət Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, bununla bağlı müvafiq əmr imzalanıb. A.Məlikovla imzalanan müqavilənin müddəti qurtarıb. Yaş həddinə görə onunla yeni əmək müqaviləsi imzalanmayıb.
Lakin teatrdan xəbərin doğru olmadığını deyiblər: “Akif Məlikov iş başındadır”.
Qeyd edək ki, A.Məlikov 1950-ci ildə Bakı şəhərində anadan olub. O, 1987-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının sərəncamçı direktoru, 1989-cu ildə isə direktor vəzifəsinə təyin edilib və bu günə kimi həmin vəzifəni icra edib.
-
“CineMastercard” kinoteatrında “Apatiya” filminin imza günü keçirilib - VİDEO
...
-
Mastercard və CinemaPlus strateji tərəfdaşlığı elan edir: “CineMastercard” təqdim olundu - VIDEO
...
-
Rejissor kreativliyi və ballet artistinin məharəti - VIDEO
...
-
Qətərdə Azərbaycan musiqiləri səsləndi - Fotolar
...
-
"21-ci möcüzə” filminin təqdimatı keçirilib
...
-
“Mehriban Əliyevanın dəstəyi olmasaydı, ən yaxşı halda bu gün əlil ola bilərdim”
...
-
Cavanşir Quliyev səhhətindən danışdı - Video
...
-
Türkiyə istehsalı “Lohusa” komediyası “CinemaPlus”da - VİDEO
...
-
Akademik Musiqili Teatrda “Aysedora” monotamaşasının premyerası olacaq
...
-
“Kurdlar Vadisi” ekranlara qayıdır...
...