Sabah şimşək çaxacaq, dolu düşəcək
Aprelin 6-na gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-9° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında şimal və qərb bölgələrindən başlayaraq arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 1-4° isti, gündüz 4-7° isti olacaq.
-
Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabah 21° isti olacaq
...
-
Ramazanın 17-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabahın havası açıqlandı
...
-
Sabahdan tətil başa çatır
...
-
Ramazanın 16-cı gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabah da yağış yağacaq
...
-
Ramazanın 15-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Yağış, külək, qar... - Sabahın havası
...
-
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
...